Yol qırağında yaşayanlarda bu XƏSTƏLİYİN RİSKİ daha çoxdur
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşınqton Universiteti (ABŞ) alimləri yol qırağında yaşayan 6 min insanı müayinə etdikdən sonra belə qərara gəliblər ki, onlarda ürək-damar sistemi xəstəliklərinin riski daha yüksək olur.
Avtomobillərin havaya buraxdığı ziyanlı qaz orqanizmdə "yaxşı" xolesterinin səviyyəsini aşağı salır ki, bu da "pis" xolesterinin səviyyəsinin qalxmasına səbəb olur. Orqanimdə "pis" xolesterinin artması aterosklerozun və nəticədə ürək-damar sistemi xəstəliklərinin riskini artırır.
Sciencedaily.com xəbər verir ki, alimlərin müşahidələrinə görə, iri magistral yolların qırağında artıq 3 ay yaşayandan sonra insanlarda "yaxşı" xolesterinin səviyyəsində dəyişikliklər baş verir.
Beləliklə, alimlər iri magistral yolların yanında yaşamağı tövsiyə etmirlər ki, bu ürək-damar sistemi xəstəliklərinin və vaxtından tez ölümün riskini artırır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Noyabr 2024 03:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















