Icma.az
close
up
RU
Yol təhlükəsizliyinin üçrəngli keşikçisi

Yol təhlükəsizliyinin üçrəngli keşikçisi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşıqforlar sadəcə siqnal deyil, həyat zəmanətidir...

İlk baxışda sadə siqnal sistemi kimi görünən işıqforlar əslində minlərlə insanın həyatını qoruyan, nəqliyyat axınının nizamlı təşkilinə xidmət edən vacib infrastrukturlardan biridir. Müasir şəhər həyatını işıqforsuz təsəvvür etmək demək olar ki, mümkün deyil. Avtomobillərin, ictimai nəqliyyatın və piyadaların eyni məkanı paylaşdığı küçələrdə hərəkətin təhlükəsiz şəkildə idarə olunması məhz işıqforların düzgün fəaliyyəti sayəsində mümkün olur.

İşıqforlar yalnız sürücülər üçün deyil, piyadalar üçün də mühüm təhlükəsizlik vasitəsidir. Xüsusilə, məktəblərin, xəstəxanaların, parkların və insanların sıx olduğu küçələrin yaxınlığında quraşdırılan piyada işıqforları uşaqların, yaşlı insanların və fiziki məhdudiyyətli şəxslərin yolu təhlükəsiz keçməsinə kömək edir. Bununla yanaşı, işıqfor siqnallarına əməl etmək hər bir vətəndaşın şəxsi məsuliyyəti hesab olunur və yol hərəkəti mədəniyyətinin vacib göstəricilərindən biridir.

İlk işıqforlar 2 rəng idi

Yeri gəlmişkən, avqustun 5-i Beynəlxalq İşıqfor Günüdür. Bu əlamətdar günün tarixə düşməsindən artıq 112 il ötür. Həmin gün 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk elektrik işıqfor quraşdırılıb. Onun da 2 - qırmızı və yaşıl işıq rəngli işıqları olub. Sarı rəngi isə polisin xəbərdaredici fiti əvəz edirdi.

İllər keçdikcə 2 rəngi 3 rəng əvəz etdi.  Zaman keçdikcə işıqforlar inkişaf edərək daha mürəkkəb, rahat və ağıllı olur. Bu gün təkcə avtomobillər üçün deyil, həm də piyadalar, tramvaylar, velosipedçilər və hətta atlar üçün işıqforlar var. Qırmızı siqnalda sağa dönməyə imkan verən oxlar, eləcə də səs siqnalları var ki, görmə qabiliyyəti zəif olan insanlar yolun hərəkət hissəsini təhlükəsiz keçə bilsinlər.

Ola bilsin ki, kimsə işıqforların sadəcə bir məhdudiyyət olduğunu fikirləşir. Amma düşünsək ki, onlar günümüzdə nə qədər insanın həyatını xilas edib, onda yanlarından təşəkkür etməmiş keçmərik. Beynəlxalq İşıqfor Gününü fürsət bilib mövzunu qabartmaqda məqsədimiz son zamanlar yol hərəkəti qaydalarına əməl edilməməsi və nəticədə nəqliyyat hadisələrinin artmasıdır. Etiraf edək ki, xoşagəlməz hadisələrin yaşanmasında əsas səbəblərdən biri sürücülərin və piyadaların tələskənliyidir.

Bu gün bütün dünya ölkələrindəki yol polisi əməkdaşlarının əsas diqqət etdiyi yer piyada keçidləridir. Ölkəmizdə nizamlanan və nizamlanmayan piyada keçidləri var. Nizamlanan piyada keçidlərində hərəkətin nizamlanması işıqfor vasitəsilə həyata keçirilir. Piyadalar bəzən işıqfora fikir vermədən, piyada keçidi olmayan yerlərdən və etinasızca mobil telefon və yaxud qulaqcıqlarla yolu keçmək istəyərkən yol-nəqliyyat hadisələri qeydə alınır.

Təəssüf ki, bunun üçün maarifləndirici tədbirlər görülsə də, qaydalara əməl etməyən, diqqətsiz və məsuliyyətsiz sürücülər, həmçinin piyadalar yenə var. Hər bir ölkədə yol-hərəkəti qaydalarının pozulmasına görə, istər piyada, istərsə də sürücülər üçün müvafiq məbləğdə cərimələr tətbiq olunur. Lakin məqsəd piyada və sürücüləri cərimə ilə qorxutmaq yox, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

3 rəngin tələbi...

İşıqforun yaşıl işığı yanan zaman digər istiqamətdən gələn nəqliyyat vasitələrinin, həmçinin piyadaların hərəkətini başa çatdırmasına şərait yaradılması öz əksini tapıb. Ancaq o demək deyil ki, yaşıl işıq yandı, sürücü dərhal hərəkətə başlaya bilər. Bəzən sürücülər işıqforun yaşıl və yaxud qırmızı işığının sönməsinə 1-2 saniyə qalmış sürəti azaltmaq yerinə, bir az da artırırlar ki, yolayrıcını tez keçsinlər. Bütün bu tələskənliklər isə bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.

Adətən piyadaların küçə və yollarda hərəkətinə qadağa qoymaq mümkün olmadığı üçün bütün məsuliyyət sürücülərin üzərinə düşür. Bunun üçün də sürücülər daha təmkinli, piyadalarla münasibətdə daha diqqətli olmalı, qarşısına qəfil çıxan piyada ilə məsafəsini nizamlamağı bacarmalıdır.

Lakin bu, piyadaların məsuliyyətinin az olması mənasına gəlməməlidir. Yol hərəkəti qaydalarının tənzimlənməsində sürücülər qədər, ən az piyadaların da diqqəti və məsuliyyəti vacibdir.  

Ağıllı işıqforlar

Texnologiyanın inkişafı işıqfor sistemlərini də müasir tələblərə uyğunlaşdırır. Bu gün bir çox şəhərlərdə nəqliyyatın sıxlığına uyğun işləyən ağıllı işıqfor sistemləri tətbiq edilir, beləliklə tıxacların azalmasına, hərəkətin daha çevik idarə olunmasına və vaxt itkisinin minimuma endirilməsinə nail olunur. Müasir həllər həm də təcili tibbi yardım, yanğınsöndürmə və digər operativ xidmət avtomobillərinin hərəkətini sürətləndirməyə imkan yaradır.

Yol hərəkətinin təhlükəsizliyi yalnız texniki vasitələrdən deyil, hər bir sürücü və piyadanın məsuliyyətli davranışından asılıdır. İşıqforun bir neçə saniyəlik qırmızı işığına riayət etmək bəzən bir insanın həyatını xilas edir, yaşıl işığı gözləmək isə təkcə qanuna deyil, insan həyatına göstərilən hörmətin ifadəsinə çevrilir. Bu baxımdan işıqforlar sadəcə yol nişanı deyil, təhlükəsiz, nizamlı və məsuliyyətli cəmiyyətin ən vacib simvollarından biri hesab olunur.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri