Icma.az
close
up
RU
“Yol verin, yük maşını gəlir”

“Yol verin, yük maşını gəlir”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağırtonnajlı avtomobillərə “yaşıl işıq” axtarışı

Yük avtomobillərinin iştirakı ilə baş verən aşma, toqquşma hadisələri çox ağır fəsadlara yol açır. Xüsusilə ağırtonnajlı avtomobillərin yol açdığı qəzalarda çox vaxt insan tələfatı qaçılmaz olur. Bu cür qəzalar müxtəlif səbəblərdən ola bilər.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciətində adətən bu tipli qəzaların avtomobilin istirahət rejiminə əməl olunmadan yorğun, yuxusuz, eləcə də nasaz halda idarə edilməsi, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevr etmə, hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi məsuliyyətsiz davranışlardan qaynaqlandığı bildirilir. Təbii ki, belə hadisələrin baş verməməsi üçün sürücülərin, eləcə də yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin məsuliyyətli davranması son dərəcə vacibdir.

Bununla belə, mövzu ilə bağlı daha bir məsələ də aktuallıq kəsb edir. Bəzi ekspertlərin fikrincə, yük avtomobilləri üçün ayrıca zolaq və marşrutların yaradılması ağır nəqliyyat vasitələrinin digər avtomobillərlə qəza törətməsini minimuma endirər. Bu yanaşma, xüsusən də pik saatlarda yol hərəkətinin daha səliqəli və təhlükəsiz şəkildə tənzimlənməsinə şərait yaradar. Eyni zamanda, yük avtomobillərinin yaşayış ərazilərindən kənara istiqamətləndirilməsi piyadalar və ictimai nəqliyyatdan istifadə edənlər üçün daha etibarlı mühit formalaşdırar.

Qeyd edək ki, hazırda ölkəmizdə bəzi nəqliyyat vasitələrinin daha rahat hərəkət etməsi məqsədilə xüsusi zolaqlar yaradılıb. Ancaq bu zolaqlar yalnız avtobus və velosipedlər üçün nəzərdə tutulub. Hazırda ölkəmizdə yük avtomobilləri üçün ayrıca hərəkət zolaqları və marşurutları tətbiq edilmir. Lakin paytaxt və bəzi iri şəhərlərdə ağır yük maşınlarının hərəkəti qismən nizama salınır. Sözügedən marşrutlar Binəqədi rayonu istiqamətindən başlayaraq “Baksol” deyilən ərazidən keçib Ziya Bünyadov prospektinə birləşir və faktiki olaraq paytaxtın geniş bir hissəsini əhatə edən alternativ yol rolunu oynayır. Hazırda yük avtomobilləri üçün xüsusi hərəkət zolaqları olmasa da, bu cür marşrutların mövcudluğu onların şəhər daxilində hərəkətini müəyyən qədər rahatlaşdırır. Bəzi magistral yollar üzrə isə yalnız gecə saatlarında və ya müəyyən istiqamətlərdə hərəkət icazəsi verilir.

Bəs dünya təcrübəsində bu məsələ necə tənzimlənir?

Dünya ölkələrində yük avtomobillərinin hərəkətini daha təhlükəsiz və nizamlı etmək üçün ayrı zolaqlar və marşrutlar tətbiq olunur. Məsələn, Almaniyada bəzi magistral yolların ağır yük avtomobilləri üçün ayrılmış xüsusi sürət zolaqları var. Həmçinin şəhərlərarası yolların girişində gecə saatlarında yük daşıyan maşınlar üçün xüsusi marşrutlar müəyyən edilir ki, pik saatlarda tıxac yaranmasın.

Amerikada isə Texas, Kaliforniya və Virciniya ştatlarında yalnız yük maşınları üçün zolaqlar yaradılıb. Məsələn, İ-95 magistral yolu boyunca ağır yük avtomobilləri üçün xüsusi hərəkət zolaqları mövcuddur.

Hollandiya isə liman şəhərlərində, xüsusilə Rotterdam və Amsterdam istiqamətində yük avtomobilləri üçün ayrı yollar inşa edib. Bu yollar yük daşımalarını şəhər mərkəzindən uzaqlaşdıraraq piyadalar və ictimai nəqliyyat üçün təhlükəsiz mühit yaradır.

Eldəniz CƏFƏROV,
nəqliyyat üzrə ekspert

Azərbaycanın regional və beynəlxalq miqyasda mühüm logistika mərkəzinə çevrilməsi nəqliyyat infrastrukturuna yanaşmada yeni və daha strateji həlləri zəruri edir. Qarşıdakı dövrdə yeni avtomobil yollarının, tranzit magistrallarının və nəqliyyat dəhlizlərinin yaradılması planlaşdırıldığı bir şəraitdə iri tonajlı yük avtomobilləri üçün ayrıca zolaqların ayrılması kompleks nəqliyyat siyasətinin məntiqi davamı kimi dəyərləndirilə bilər. Bu, ölkənin formalaşmaqda olan nəqliyyat qovşaqlarının funksional imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq daşıyıcılar üçün də Azərbaycan marşrutunun cəlbediciliyini artırar.

Belə yanaşma, ilk növbədə, yol təhlükəsizliyinin yüksəldilməsinə xidmət edər. Ağırtonajlı yük avtomobillərinin minik nəqliyyatından ayrılması qəza risklərini azaldar, nəqliyyat axınının daha nizamlı və proqnozlaşdırıla bilən şəkildə təşkilinə imkan verər. Eyni zamanda, magistral yollarda hərəkət intensivliyinin düzgün bölüşdürülməsi tıxacların azalmasına və yolun buraxılış qabiliyyətinin artmasına şərait yaradar.

Digər mühüm məqam yol infrastrukturunun qorunması ilə bağlıdır. İri tonajlı nəqliyyat vasitələrinin yaratdığı yük əsasən yol örtüyünün tez aşınmasına səbəb olur. Ayrı zolaqların tətbiqi yolun texniki istismar müddətini uzadar, təmir və bərpa xərclərinin azalmasına gətirib çıxarar.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri