Yola qaçan azyaşlı son anda maşının altında qalmaqdan xilas oldu REAL VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xaçmazda qayda pozan azyaşlı piyada qəzadan son anda xilas olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, məktəbli təyin olunmamış yerdən keçməyə çalışır. Belə ki, o, soldan gələn maşına baxmadan yola qaçır və son anda nəqliyyat vasitəsini görərək geri çəkilir. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranaraq avtomobili saxlayır və azyaşlının yolu keçməsinə şərait yaradır.
Təəssüflə qeyd edək ki, bəzi valideynlər övladlarına məsuliyyətsiz yanaşırlar. Onların bir qismi uşaqlarını nəzarətsiz qoyaraq videodakı kimi halların baş verməsinə zəmin yaradırlar. Hətta övladıyla birlikdə yolu keçən zaman belə diqqətsiz davranaraq onların qayda pozmalarına səbəb olurlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















