Yolayrıcını zəbt edib maşınların hərəkətinə əngəl törədən sürücülər 77 YX 421 və 90 XE 127 VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Xoşagəlməz halla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, 77-YX-421 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı və 90-XE-127 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini yolayrıcında park ediblər. Şikayətçinin sözlərinə görə, hətta “Chevrolet”in sürücüsü sükan arxasında olub. Nəticədə onlar digər sürücülərin hərəkətinə əngəl törədiblər.
Qeyd edək ki, qanunvericiliyə görə, sürücülər avtomobili yolayrıcılarından yalnız 5 metr kənarda saxlaya bilərlər. Əks halda bu, qayda pozuntusu hesab olunur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















