Məşhur şirkətin maşını zolağı zəbt edib avtobusların hərəkətinə əngəl oldu FOTO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakının Azadlıq prospektində qayda pozan sürücü avtobusların hərəkətinə maneə törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 8-də səhər saatlarında qeydə alınıb. “FLO” mağazalar şəbəkəsinə məxsus 90-OZ-815 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü avtobus zolağını zəbt edib. Şikayətçi bildirib ki, sözügedən şirkətin sürücüsü maşını uzun müddət zolaqda saxlayaraq avtobusların yolunu kəsib. Nəticədə avtobus sürücüləri avtomobillərin hərəkətdə olduğu zolağa keçid etməyə məcbur olublar.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına keçid etmək qadağandır. Bu xətanı törədən sürücülər 2 bal və 100 manat cərimələnə bilərlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 08 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















