Parkinq qaydalarını pozan sürücülər: ikinci cərgə, köndələn dayanma, yolayrıcını bağlama… FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın bəzi küçə və prospektlərində sürücülər parklanma qaydalarını kobud şəkildə pozmağa davam edir.
Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri fotolar göndərib.
Belə ki, paytaxtın Səbail rayonu Mirvarid Dilbazi küçəsində 99-TU-874 nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobil dayanma-durma qaydalarını pozub və avtomobili yolayrıcında, eyni zamanda təhlükəsizlik zolağının üzərində saxlayıb.
90-MK-322 nömrə nişanlı “Hyundai İX35” markalı avtomobilin sürücüsü isə parklama qaydalarını kobud pozub.
10-NM-622 “Mazda” və 90-FF-025 nömrə nişanlı “BMW” markalı nəqliyyat vasitələri isə yolun ikinci cərgəsini zəbt edərək hərəkətin digər iştirakçılarına da çətinlik yaradıb.
Qeyd edək ki, sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə oluna bilər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 18 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















