Icma.az
close
up
RU
Yolda 2 saat itirənlərin işdən 1 saat tez çıxması müəssisənin faydalı iş əmsalını aşağı endirəcək

Yolda 2 saat itirənlərin işdən 1 saat tez çıxması müəssisənin faydalı iş əmsalını aşağı endirəcək

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tıxac problemi ilə bağlı səslənən fikirlər maraqlıdır və fərqli-fərqli yanaşmalar görürük. Təkliflər müzakirə üçün zəruridir, amma problemin həlli üçün kafi əsas vermir".

Bunu Redaktor.az-a sosioloq Üzeyir Şəfiyev işə gəlmək üçün yolda 2 saat itirənlərin işdən 1 saat tez çıxması ilə bağlı verilən təklifdən danışarkən bildirdi.

Onun sözlərinə görə, belə hallarda sui-istifadə hallarının artması mümkündür, müəssisə daxilində zərərlər yarana bilər.

"Belə başa düşülür ki, yaşayış yeri iş yerinə yaxın olanlar daha çox, uzaq olanlar isə daha az işləməlidir ki, bu da düzgün yanaşma deyil. Çünki qanunlar universal xarakter kəsb edir. Mənə elə gəlir ki, bu, vəziyyətdən çıxış yolu üçün kafi deyil. Biz çalışmalıyıq ki, paytaxtda tıxac problemini daha makro səviyyədə həll edək. Paytaxtda sıxlığı azaltmaq üçün regionlara geri dönüşü təşviq etməliyik. Bunun üçün regionlarda cəlbedici layihələr həyata keçirilməlidir. Regionların infrastruktur layihələri mükəmməl şəraitdə qurulmalıdır. Şəhərlə kənd arasındakı fərqlər xeyli azalmalıdır".

Sosioloq vurğuladı ki, regionlarda kollektiv iş sahələri açılmalıdır:

"Regionlara kəndlinin qayıtması üçün motivasiyalı, stimullaşdırıcı alətlər təklif etmək lazımdır. Regionlarda gənclər üçün pay torpaqları ayırmaq, onların orada məskunlaşması üçün faizsiz kreditlər vermək lazımdır ki, öz həyatlarını orada qura bilsinlər. Mənəvi ehtiyaclarını ödəmək üçün rayon mərkəzlərini şəhər səviyyəsinə çatdırmaq lazımdır ki, insanlar mənəvi ehtiyaclarını ödəmək üçün kənddən gəlib rayon mərkəzində ehtiyaclarını qarşılasınlar, nəinki paytaxta və mərkəzi şəhərlərə üz tutsunlar.

Bütün hallarda paytaxtdakı tıxac problemini və şəhərə gedib-gələnlərin çətinliklərini yalnız makro səviyyədə həll etmək olar. Yoxsa iki saat yolda gecikib, bir saat da buna icazə vermək müəssisənin faydalı iş əmsalını aşağı endirəcək və digər işçilər arasında narazılıq yaradacaq: “Bizim günahımızdır ki, iş yerinə yaxın yaşayırıq və çox işləməliyik, digərləri isə az işləsin?” Yəni belə tipli məsələlər mövcuddur".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri