Yoldan keçən təsadüfi birini öldürən “dvornik”...
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Omsk şəhərinin Leninski Rayon Məhkəməsi yoldan keçəni qətlə yetirməkdə təqsirli bilinən 45 yaşlı “dvornik” ciddi rejimli cəzaçəkmə müəssisəsində doqquz il on ay müddətinə azadlıqdan məhrum edib.
SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya vilayət prokurorluğu məlumat verib.
İstintaq və məhkəmə müəyyən edib ki, 2022-ci il sentyabrın 25-də səhər saatlarında şifahi münaqişə zamanı həmin şəxs tanımadığı şəxsin qarnından bıçaqla xəsarət yetirib.
Yaralını xilas etmək mümkün olmayıb.
“Dvornik” Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Səhlənkarlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma”) ilə ittiham olunub.
O, təqsirini boynuna almayıb və zərərçəkənin qanının təsadüfən iş paltarına keçdiyini bildirib. Lakin münsiflər heyəti həmin şəxsi məhkum edib.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Yanvar 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















