Yollar açılmadıqca bu dotasiyanı azaltmaq doğru addım olmaz
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Büdcədə bu il Naxçıvana 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 6,4 faiz azdır. Fikrimcə, bu məsələ üzərində bir daha düşünməliyik. Çünki vəziyyətdə hələ ki yaxşılaşma yoxdur. Orada iqtisadi canlanmanın təmin edilməsi və müəyyən islahatların həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər var. Yeni idarəedicilər də bu istiqamətdə ciddi çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol probleminə çıxır. Yol açılmadıqca hər hansı ciddi layihəni arzuolunan səviyyədə həyata keçirmək mümkün olmur".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirdi.
Onun sözlərinə görə, burada sosial problemlər də daha çoxdur:
"İşsizliklə bağlı məsələlər ciddi narahatlıq doğurur. Bəzən səhiyyə sahəsində müəyyən kadrların böyük əksəriyyətinin Bakıda olması və Naxçıvanda bu sahədə problemlərin mövcudluğu nəzərə alınanda əhalinin, xüsusilə də müəyyən xəstəliklərdən əziyyət çəkən insanların Bakıya gəlib-getməsində ciddi çətinliklər yaranır. Bəzən insanlar müalicə olunmaqdan belə çəkinirlər. Çünki təyyarəyə bilet alıb Bakıya gəlmək, özü ilə iki-üç nəfər də gətirərək müalicə almaq hər kəs üçün mümkün olmur.
Ona görə də düşünürəm ki, yollar açılmadıqca bu dotasiyanı azaltmaq doğru addım olmaz. Bu məsələ üzərində bir daha düşünmək lazımdır. Hökumət digər imkanları da nəzərə alaraq dotasiyanı, əksinə, artırmalıdır ki, heç olmasa, xəstəliyə düçar olmuş insanlar pulsuz, ödənişsiz şəkildə bir dəfə Bakıya gəlib-getmək imkanı əldə etsinlər və ən azı həyatlarını davam etdirə bilsinlər. Digər məsələlərdə də bu insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün köməklik göstərilə bilərdi".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















