Icma.az
close
up
RU
Yollar Ulduz Qasım yazır

Yollar Ulduz Qasım yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

İnsan həyatında yolların əhəmiyyəti elə güclüdür ki, adamları ən çox yol yoldaşı olanda yoxlayır. Hətta “Qardaşın necə adamdır” sorğusuna belə cavab verirlər: "Yol yoldaşı olmamışam". Fəlsəfənin gücünə, dərinliyinə baxın! Deməli, insan yollarda yoxlanır, sınanır. Dözümünü, səbrini, insani hissləri, zəifliyi imtahana çəkilir...

Bəzən bunu heç düşünmürük. Yoldur da, deyirik, uzanıb gedir, nə var ki, burda? Yol yoldaşı da, fərqi nədir kim olmağının. Ya əyri olmuş, ya düz olmuş. Sən demə, belə deyil...

Yolu elə seçmək lazımdır ki, sonra yorulub yolda qalmayasan. Gündə min kərə özünü danlamayasan. “Ağlım hardaydı?” deməyəsən...

Məktəbimiz evimizdən hardasa iki kilometr uzaqdaydı. Evimiz kəndin başında, məktəb sonundaydı. Amma heç yorulmurdum. Hər gün o yollarla addımlayırdım. Və həmişə də fikirləşirdim ki, deyəsən, elə hər şey bu yollardan başlayır. Səni gələcəyə, arzularına, istəyinə yollar aparır. Bu yolları getməlisən, zəhmətini çəkməlisən, əzizləməlisən, nazını götürməlisən...

Onun da öz yolu var. Özü öz xoşuyla, istəyiylə seçib. Kimsə ona yol göstərməyib. İçindəki arzular, hisslər ona kömək edib. Məni seç deyib, səni aparacam istədiyin yerə...

Zaur Vəliyev çox ağır və çətin yol seçib. Dünyanın ən ağır, ən zəhmət, səbir tələb edən, sevməyi, mərhəmətli olmağı tələb edən bir peşəni, bir yolu seçib. Müəllimlik yolunu...

Müəllim... Bu sözü eşidəndə ürəyimin telləri sızlayır. Bir həsrət, içimdə yarımçıq qalan bir arzu incidir məni. Dəfələrlə yazmışam. İlk arzum, istəyim olub bu yolda yüyürmək, kiminsə əlindən tutmaq, kiməsə bilik vermək, kiməsə yol göstərmək. Amma olmadı, ola bilmədim. Yazmaq eşqi ağır basdı...

Bütün bunlara baxmayaraq, hər dəfə müəllim görəndə, onların işindən söhbət açılanda içimdə bir həsrət duyuram. Yenidən heyran oluram, vuruluram bu peşəyə. Bütün peşələrin müəllimi olan peşəyə. Saysız əsərlərin imzasız müəlliflərinə. Səbri, mərhəməti, sevgisi hamıdan çox olanlara...

Zaur Vəliyev 1985-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açıb. Mənim kəndimdən bir addım o tərəfdə... Cəmi səkkiz il yaşayıb Böyük Mərcanlıda. Qara buludların Qarabağın üzərinə çökməsi, yağı düşmənin qəddarlığı insanları öz yurdundan didərgin salıb, şəhid eləyib. Paramparça olub kiçiklərin, böyüklərin ürəkləri, istəkləri, arzuları. Ümidsiz qalıblar, kimsəsiz olublar. Vətənsiz, yurdsuz çöllərə düşüblər.

Çadırlara, vaqonlara pənah gətiriblər. Yayda alışıb yanan, qışda buz bağlayan yerlərə. Suyu, işığı olmayan, tozlu-torpaqlı düzlərə. Bir qarnı ac, bir qarnı tox olublar...

- Səkkiz yaşım vardı. Təəssüf edirəm, o qədər də çox səhnələri yadımda saxlamdığım üçün. Bəlkə də cəmi səkkiz xatırladığım hadisə, yerlər qalıb yaddaşımda. Ancaq yadımda qalanlar xatirə rəfimin “qızıl fondunda” yerləşir. Orda qoruyub saxlayıram o xətirələri. Hər gün gözlərimi çadır evimizin alçaq tavanına zilləyib onları gözümün önünə gətirirdim balaca olanda. Elə indi də elədi. Məktəbimiz, evimiz, qonşularımız...

Hardan biləydim? Bilsəydim, çox hadisələrə, çox yerlərə diqqət edərdim. Ürəyimə yazardım, şəkilini içimdəki ən əziz guşəyə cızardım gördüklərimi.

Qayğısız uşaqlar kimi gəzib-dolanmazdım...

Müharibə uşaqları uşaqlıq yaşamırlar, tez böyüyürlər. Kədərli, çətin, yarıac, yarıtox böyüyürlər. Çətinliklərə qalib gəlmək üçün dayanırlar, durmadan, fikirləşmədən, kimsəyə arxalanmadan mübarizə aparırlar. Güclənirlər, mübarizləşirlər. Ancaq irəli baxırlar. Müharibə uşaqları üçün asan yol olmur, kimsə onlara yol açmır, irəli aparmır. Əlindən tutmur, nazını çəkmir.

Süfrəyə Allah verən nə qoyulursa, onu yeyirlər, ona şükür edirlər...

Adilə xanım tək başına altı uşağı belə çətin günlərdə böyüdüb. Övladları kiçik olandan həyat yoldaşını itirən fədakar qadın hər acıya sinə gərə bilib. Çadır otaqda, qaranlıq günlərdə mərdliklə, qeyrətlə qanad gərib övladlarının üzərinə. Onları qoruyub, ayağa qaldırıb. Zaur o fədakar, igid qadını ömrünün “səssiz qəhrəmanı” adlandırır. Doğrudan da, könüllərimizdə heykəl qoyduğumuz analarımız o günlərin ən fədəkar qəhramanlarıdı. Elə çətin şəraitdə övladlarına qanad gərənlərə dastanlar, romanlar yazılmalıdı. Yazılmalıdı ki, gəncliyə, çətinə düşənlərə nümunə olsunlar...

Həmin, yayda can yandıran, qışda buz bağlayan çadırda böyüdü, oxudu Zaur Vəliyev.

- Bir onu bilirdim ki, indi qeyrət zamanıdı, irəli baxmaq, oxumaq, təhsil almaq lazımdı. Artıq qayğısız uşaq deyiləm. Nə evimiz var, nə də naz-nemət dolu süfrəmiz. Anamın çəkdikləri onun çiyinlərini onsuz da əyirdi həmin illərdə. Altı uşağın bütün qayğılarını təkbaşına çəkmək nər kişinin işiydi. Buna görə onu heç incitmirdim. Bacardığım qədər dərslərimə ciddi yanaşırdım. Düşmən sevinməsin deyirdim, oxuyacam, uşaqlara bilik verəcəm, əllərindən tutacam, olanları onlara anladacam. Çəkdiklərimizi, şəhid olanlarımızı, qəhrəmanlarımızı...

Zaur Vəliyev universiteti bitirdikdən sonra müəllimlik həyatına ilk addımlarını atır.

Elə əvvəldən ədəbiyyatı sevən gənc müəllim çox keçmir şagirdlərin sevimlisinə çevrilir. Onun üçün dərs dediyi uşaqların sevincindən, uğurundan böyük mükafat yoxdu dünyada. Onlar arzularına çatmalıdı deyir həmişə. Mənim üçün dərs saatı yoxdu. Nə zaman şagirdlərimə köməyim lazım olsa, məmnuniyyətlə onların yanındayam. Elə ilk gündən belə olub. İndi də belədi...

Zaur müəllimin narahat edən bəzi düşüncələri var. Qarabağa qayıdışla bağlı: “İndi də insanlar pərişan olacaqlar. Qurduqları dostluqlar, bərabər bir məktəbdə oxuduqları yoldaşlar ayrı düşəcək bir-birindən. Onların da doğulub böyüdükləri bu torpaqlar onlar üçün vətən olmuşdu. Alışmışdılar, suyun içdikləri, havasıyla qidalandıqları torpaqlara. İndi də bu həsrətlər, ayrılıqlar başlanacaq. Yaranan qəbiristanlıqlar, məzarlar qərib qalacaq, bizi gözləyəcək. Gəlişimizi, onları ziyarətimizi özləyəcəklər...

Yenə ayrılıqlar, həsrətlər düşəcək ortaya. Otuz ilin dostları, yoldaşlıqları, qonşuluqları paramparça olacaq. Bir tərəfdən yurdlarımıza qayıdacayıq. Ən böyük, indiyə qədər dadmadığımız ən şirin hissləri, eşqi yaşayacağıq. Həsrətimizi dindirəcəyik. Hələ də aydınlaşdıra bilmədiyimiz qovuşmanın sevinci bizə unudulmaz anlar bəxş edəcək. Bir tərəfdən də yurd saldığımız yerlərdən qopacağıq. Otuz ildə öyrəşmək istədiyimiz, alışmağa çalışdığımız nə varsa, hamısını itirəcəyik. Bu, müharibənin bizə yaşatdığı  çətinliklərdi, bəxş etdikləridi...”

Bu günlərdə Zaur Vəliyevin ad günüydü. Bu yazını ona hədiyyə etmək istəyirdim. Ancaq bəzi səbəblərə görə gecikdim. Amma deyirlər ki, təbriklər heç zaman gecikmir...

Təbrik edirəm, sevgisi çox olan insan, başqalarına qayğı göstərməyə, öyrətməyə, irəli aparmağa can atan müəllim! Sevgin, mərhəmətin, insanlığın, qayğın, öyrətmək həvəsin, səbrin daima çox olsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri