Icma.az
close
up
RU
Yaddan çıxmayan insan... Ulduz Qasım yazır

Yaddan çıxmayan insan... Ulduz Qasım yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

Yenə yazmaya bilmədim. Yenə xatirə rəfimdəki günlərin seyrangahına çıxdım. Qəlbimdə ömürluk özünə yurd salan günləri, insanları, illəri xatırladım. Tələbəlik illərini...

Məni məndən alan illər. Ömrümün qızıl fəsli, göylərin yeddinci qatında uçduğum, arzularımın arxasınca yorulmadan getdiyim illər. "Alçaq dağları" yaratmağa hazır olduğum, güc duyduğum zamanlar. Yada düşəndə içimin göynədiyi, sızladığı günlər. Həyatımın bahar fəsli. Güllü-çiçəkli anlarım...

Hamı onun zəhmindən çəkinirdi. Qaşlarının ortası həmişə düyünlü olardı. İti baxışları vardı. Yuxarı kurslar da bizə ehtiyatlı olun, deyirdilər, Qulu müəllimdən qiymət almaq asan deyil. Onun dərsini yaxşı hazırlayın, dərsinə gecikməyin. Çox tələbkardır.

Sən demə, onun o qədər gözəl ürəyi, o qədər geniş qəlbi varmış ki...

Üzü dönsün ayrılığın... Nə yamandır ayrılıq, nə çətindir, nə məşəqqətlidir yurd həsrəti, vətən həsrəti... Bunu hamıdan çox bəlkə də mən bilirəm. İllərcə ürəyimdə yara açan, qəlbimi yandırıb-yaxan o ayrılıq... Gözüm baxa-baxa, əl uzatsam çatan bir yerdən insanların məcburi köçürülməsinin tarixini dəfələrcə, bəlkə də hər gün vərəqləmişəm. Dəfələrlə göz yaşıyla danışdıqlarının şahidi olmuşam. Ürəyimə yazmışam ömürlük... O insanların ürək sözlərin dinləmişəm. Dəfələrlə onlarla birgə ağlamışam. Yas tutmuşam o torpaqlar üçün. Uşaqlığımın, gəncliyimin keçdiyi o yurd üçün. Cənnət Qarabağım üçün. Üzüm gülməyib, könlüm açılmayıb... Valideynlərimin, doğmalarımın, yaxınlarımın nələr çəkdiyini mən də yaşamışam onlarla bərabər.

Qarabağımın dərdindən, şəhidlərindən, qəhrəmanlarından, qələbəsindən, məcburi köçkünlərindən düz beş roman yazmışam. Hələ də ürəyim soyumur, hələ də sakitləşə bilmirəm. Hələ də gözüm-könlüm doymur...

Yazıçı Qulu Xəlilov da yurdundan məcburi, zorla köçrülənlərdəndi. Ürəyi yurd həsrətiylə yananlardandı. Bəlkə buna görə heç zaman qaşlarının arasındakı o düyün açılmadı, ürəkdən sevinmədi, yaşadığı illərdə həsrət onu yandırıb-yaxdı. Onu dinc buraxmadı yaman ayrılıq. Xəstəliklərə düçar etdi. Bəyan etməsə də, ürəyi sızıldadı. O ayrılıq, o dərd qaşlarının arasında düyünləndi ömürlük. İçindəki dərdin, həsrətin düyünü oldu...

Mən bunu sonralar bildim. Həmişə də ona baxanda təəssüf edirdim. Soruşmaq, dərdinə şərik olmaq keçirdi içimdən. Ancaq utanırdım, çəkinirdim. Bir də dərdinin təzələnməsindən qorxurdum.

Professor Qulu Xəlilovu elə ilk gün kəşf etdim. İlk auditoriyaya girəndən. Mühazirəsini bitirən kimi kimin mövzu barəsində hazırlaşmaq istədiyini soruşdu. Heç kim başını qaldırmadı. Başımı qaldıran kimi gülümsədi, iti baxışlarıyla mənə baxdı:

- Deməli, bu qədər cəsarətlisən... Seminara sən hazırlaşacaqsan.

Dillənmədim, sözünü demişdi professor. Geri yol yox idi. Yarı qərarlı, yarı qərarsız razılaşdım. Yanımda oturan rəfiqəm məni danladı. Özünü oda atdın, dedi. Gərək başını qaldırıb ona baxaydın?

Olsun, dedim, bununla bir gün qarşılaşmaq, necə müəllim olduğunu bilməyimiz lazım idi. Bu fənni öyrənməliyik. Əgər söz Azərbaycanın jurnalistikasının, mətbuatının tarixindən gedirsə.

Çəkinsəm də, hazırlaşdım və  seminarda mözunu danışdım. Heç nə demədi. Heç müdaxilə etmədi, sual da vermədi danışıb qutarana qədər. Dərsin sonuna qədər ürəyimi yedim, fikirləşdim ki, yəqin bəyənməyib, ona görə də dillənmədi, elə tələbə yoldaşlarım da maraqla gözləyirdi onun münasibətini...

Sadəcə dərs bitəndə dilləndi:

- Yoldaşınızın da çıxışını bəyəndim, deməli, bizə tərəf çömçə tutanlardandır...

Elə bil üstümdən ağır yük götürüldü. Və bildim ki, Qulu Xəlilov gözəl insandır, sadəcə tələbkar müəllimdir. Bunu da tələbələrinin yaxşı təhsil alması üçün edirdi.

Dərsinə gecikməyi, gəlməməyi heç sevməzdi.

Qulu Xəlilov 1930-cu ildə indiki Sisyan rayonunun Qızılcıq kəndində anadan olub. 1948-ci ildə ailəsi məcburi şəkildə Ağcabədi rayonun Poladlı kəndinə köçürülüb. 1949-cu ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib. Tələbə ikən Tələbə Elmi Cəmiyyətinin sədri, komsomol bürosunun üzvü, divar qəzetinin redaktoru olub. 1954-1955-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri işləyib. 1956-1959-cu illərdə Azərbaycan Pedaqoji Universitetində aspiranturada təhsil alıb. 1959-cu ildə vaxtından 6 ay əvvəl "Vaqif" pyesi və tarixi dram janrı" mövzusunda namizədlik, 1968-ci ildə isə "Azərbaycan romanının inkişafı tarixi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb. 1967-1970-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycan mətbuatı tarixi kafedrasında müəllim, sonra kafedranın professoru (1967) olub, filologiya fakültəsində dekan (1977-1978) işləyib, sonra isə ömrünün sonunadək ADU-nun jurnalistika fakültəsinin "Mətbuat tarixi və ideoloji iş metodu" kafedrasının professoru (1968-1995) kimi çalışıb.

Zəhmətkeş, dözümlü, məğrur, mübariz insan idi Qulu müəllim. Ona baxanda üzündəki cizgilərdə sətirlənmişdi bunlar. Zatən soruşmağa gərək yox idi. Həmişə gələcəyə inamla, məğrurcasına baxırdı. Yəni nə xəstəlikdən, nə düşməndən, nə də ölümdən qorxurdu. Doqquz dəfə əməliyyat olsa da, təslim olmamışdı xəstəliyə. Bəzən insan xəstə olanda ikinci dəfə həkim yanına getmək istəmir.

Ayaqdaydı, işini davam etdirirdi. Məcburən Vətənindən ayrı düşsə də, yaşamağa daha canı könüldən yapışdığı kimi. Düşmənlərinə də, xəstəliyə də mən təslim olmayacam deyirdi. Baxın, hələ də ayaqdayam, hələ də gözünüzün içinə məğrurcasına baxıram, deyirdi...

Həyatını ən çox "Yaşamaq istəyirəm" sənədli romanında anladıb. Yaşamağa inamını, xəstəliklərlə mübarizəsini, heç nədən qorxmadığını o qədər təsirli ifadə edib ki. Psixoloji sujetlərlə dolu bir əsərdir. Mən bu romanı Dostoyevskinin əsərləriyə müqayisə edirəm həmişə. Əsər başdan-ayağa insanı mübarizəyə çağırır, təslim olmamağı tövsiyə edir.

Hardandı o insanda bu qədər güc? Bilmirəm, tək onu deyə bilərəm ki, çətinliklər, keçdiyi həyat yolu, yurd həsrəti onu mətinləşdirmişdi, güclü, qorxmaz etmişdi.

Süleyman Rəhimov onu tənqidimizin "Koroğlu toppuzu", Xalq şairi Bəxtiyar Vahabzadə "Babək qılıncı" adlandırmışdı. Ümumilikdə 15 elmi-tənqidi-publisistik, 10 bədii kitabın və 1000-dən çox elmi-publistik məqalələrin müəllifi idi.

Çox mərd insan idi Qulu müəllim. Yaxşı yadımdadır, bizimlə oxuyan oğlanlardan biri gecələr işləyirdi. Buna görə bəzən dərsi hazırlamağa az vaxtı qalırdı. Qulu Xəlilovun da zəif oxuyanlarla heç arası olmazdı. Mütləq cavab verməliydi kimliyindən və kiminsə övladı və qohumu olduğundan asılı olmayaraq. Oğlanı danladı bir gün. O da susurdu. Səbəbini demək istəmirdi. Uşaqlardan biri bunun səbəbini anladanda gülümsədi. Sanki yumşaldı, öz gəncliyini xatırladı və dedi:

- A bala, nolar işləyəndə. Ayıb deyil ki, kişi işləyər də. Bundan utanmaq lazım deyil, fəxr etmək lazımdır. Otur görüm.

Və həmin tələbə yoldaşımıza imtahanda da yüksək qiymət yazmışdı təqaüdə düşsün deyə.

Onu hörmətlə xatırlayan professor, BDU-nun Jurnalistika fakültəsinin uzun müddət dekanı olmuş Akif Rüstəmov deyir: "Rəhmətlik Qulu müəllim çox haylı-küylü insan idi. Mühazirələri maraqlı olurdu, özü də gur səslə danışırdı. Mən onun əsəbləşdiyini görməmişəm. Tələbələrə münasibəti ata-oğul münasibəti idi. Bir neçə dəfə evlərinə tələbə göndərəsi oldum. Mənə deyirdi bizə göndərdiyin tələbə rayon uşağı olsun. Deyirdim nə fərqi var? Onu belə əsaslandırırdı ki, mən onlara ev yeməyi verməsəm, yola salmıram.

Bir gün mənə dedi ki, get rektora de, Əməkdar elm xadimi adını almaq üçün mənim haqqımda  Prezidentə təqdimat yazsın. Sözünü yerə salmadım, getdim. Rektor dedi ki, yuxarıların razılığı olmalıdır. Yarı ciddi, yarı zarafat mənə dedi sən fakültənin blankında yaz ver mənə, özüm bilərəm. Yazdım, imzaladım, dedim xeyirli olsun. Düzü, inanmırdım mənim imzama baxan ola. Aradan 3-4 gün keçmiş Qulu müəllim mənə zəng elədi, dedi ki, imzanın qədrini bil, arzuma çatdım. Görünür, kimsənin köməyi olub.

Allah rəhmət eləsin!"

Səni həmişə belə xatırlayıram, mərd insan, cəsarətli, mübariz, qürurlu müəllim, qorxmaz, bütün çətinliklərin gözünə dik baxan adam. Sadə insan. Fəxri xiyabanda deyil, atasına məzar qonşusu olmağı seçən professor...

Vətən dərdiylə, torpaq həsrətini özüylə məzara aparan Qulu Xəlilov, Allah sənə rəhmət eləsin. Məzarınız nurla dolsun. Rahat yatın əbədi məkanınızda, bilin ki, sizi hörmətlə, sayğıyla anırıq...

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyul 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri