Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Cavab məktubu... Ulduz Qasım yazır

Cavab məktubu... Ulduz Qasım yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

Nədən elə kədərli hadisələrdən yazdığımdan xoşlanmayanlar var...

Birincisi, belə deyil. Gözəlliklərdən, təbiətdən, sayğıdəyər, vətənsevər insanlardan, ürəyimdə özünə taxt qurmuş insanlardan, igidlərimizdən, peşəsinin vurğunlarından durmadan yazıram...

Ancaq kədər dolu yazılarım da olur. Buna da o qədər səbəblər var ki... Bir deyil, iki deyil, beş deyil, on deyil...

Onlarca, yüzlərcədi...

Gözümü dünyaya açandan, ağlım kəsib, danışılanları anlayandan o qədər belə mövzular eşitdim ki... Rəhmətlik atam Hacı Fəzlinin ala gözlərindəki qayğı, özləmi, kədəri, həsrəti heç unutmadım. Bunun da səbəbini soruşanda kədərli-kədərli gülümsəyərdi. Həmişəki kimi narahat etməzdi məni. Sən hələ uşaqsan, deyərdi. Böyüyəndə bilərsən. Amma mən böyüyənə qədər bütün səbəbləri öyrəndim. Danışıqlardan, böyüklərin söhbətlərindən...

Bildim ki, atam dünyaya göz açmamışadan üç ay əvvəl atası vəzifə üçün İrana gedib, sonralar qayıda bilməyib. Həsrət həm atanın, həm də oğulun içində ayrılıq, həsrət yarası açıb...

Babam rəhmətlik hər il gəlib Arazın kənarında oturub ağlaya-ağlaya kəndimizə baxırmış. Üzü dönsün ayrılığın... İki addımlıq yolu keçib gələ bilmirmiş. Atamsa qapımızın Araza açılan səmtindən kədərli gözlərini hər gün o tərəfə zilləyərdi uzun müddət. Sanki o baxışlardakı, ürəkdəki həsrəti azaltmaq üçün xəyalən oralara gedirdi. Atasının qoxusunu almaq istəyirdi ordan əsən mehdən, rüzgardan. Onu soruşurdu, onu xəbər alırdı Arazdan. Beləcə, özünə təsəlli verirdi...

Sanki o, baxışlar atasını gətirmək istəyirdi o tərəfdən. Yollar çəkirdi Vətəndən Vətənə...

Bizi belə ayırdılar, bizi belə bir-birimizə həsrət qoydular...

Ancaq bilirsiniz, biz babamızı sanki tanıyırdıq, sanki o, bizim yanımızdaydı, bizimlə yaşayırdı. Elə bizim yanımız da da qocaldı və dünyasını dəyişdi. Rəhmanu Rəhmətə qovuşdu. Onun həsrətini çəkənlər, onu sevənlər, tələbələri Şeyx Hacı Qasımdan elə məhəbbətlə danışırdılar ki. İnamından, imanından, elmindən, gözəlliyindən, ədalətli olmağından, insanlığından...

Bildim ki, sovetlər hakimiyyəti qurulanda bütün mallarımızı, evlərimizi alıblar. Hətta babamgilin mədrəsəsinin Quranı-Kərimlərini torpağa basdırmaq istəyiblər. Buna izin verməyən ata babam Şeyx Hacı Məmmədqulunu ev dustağı ediblər üç il. Sonra o, Dörd Çinarda Allahın rəhmətinə qovuşub...

Bildim ki, atamın əmisi rəhmətlik Molla İbrahimi həmin illərdə on altı yaşında həbsə atıblar bir neçə müddət. Onu o, qədər döyürlərmiş ki, huşunu itirirmiş. Sonra üstünə su töküb ayıldırmışlar...

Bildim ki, dədə-baba yaylağımız olan “Göllü yurd”, Əyri qar”, “Sarı bulaq”, “Şırşır” və başqa yaylaqlarımızı alıb ermənilərə veriblər. Səfalı, allı-güllü dağlarımıza bizi həsrət qoyublar. Sonralar biz oraları pulla kirayələyib yaylaqlara gedirik. Heyvanlarımızı yaylağa çıxarırdıq. O “Göllü yurd” ki, Əzizxanım nənəmin məzarı orda qalıb. O, “Göllü yurd” ki, elə o zamandan ermənilər bizimkilərlə orada düşmənçilik edirləmiş. Orada atamın əmisi Mahmudu şəhid ediblər, elə məzarı da orada qalıb...

Elə kiçik yaşlarımdan bildim ki, Təbriz də, İrəvan da, Dərbənd də, Borçalı da bizim torpaqlardı. İçim-içimə sığmadı. Necə olur dedim. Nədən bu qədər ayrılıqlar var? Nədən türkün torpaqları talan olub? Nədən bu qədər düşmənimiz var?

Bildim ki, dinimizi də gözü götürmür dünyanın. Elə yaranan gündən düşmənlər yüz dona girirlər. Həm istifadə edib xeyrini görürlər, həm də pisləyirlər. Hər şeyə münasibətləri yalandı, ikilidi. Elə dinə də...

Bildim ki, uşaqları, qadınları, qocaları öldürməyi özlərinə şərəf bilirlər bəzi ürəksizlər, mənliyi olmayanlar. Müharibədən qazanc əldə edənlər nə ölənləri fikirləşirlər, nə də xarabaya qalan ölkələri, torpaqları...

Kimisi yeyib harınlayır, kimisi də bir loxma çörəyə möhtac qalır. Dünyada nə qədər uşaq, böyük acından ölür...  

Bəs mənim Qarabağ dərdim? Şəhid düşən insanlar, igidlər, yurdlar, dağlar, daşlar? Evsiz-eşiksiz qalan insanlar, məcburi köçkünlər? Bircə dəfə onlarla onların dərdini ağladınızmı, bölüşdünüzmü? Gözlərindəki, üzlərindəki kədəri, qəmi gördünüzmü? Ümidsizliklərinə ümid oldunuzmu? Onlara əl uzatdınızmı, olanınızı, olmayanınızı onlarla böldünüzmü? İllərlə bir paltarda qalanlara baxdınızmı? O gözlərdə yazılanları oxudunuzmu? Xəstə düşənlərin dərdini çəkdinizmi? Bu dərdi çəkmək bəlkə sizin üçün asandı. Mənimsə, ömürlük dərdimdi, sağalmayan yaramdı. Və bu yara məzara qədərdi...

Bilsəydiniz yurd, torpaq itirmək nə deməkdi belə deməzdiniz. Bunu ancaq yaşayanlar bilir. Və mən yaşadım, bildim...

Bildim ki, minlərlə igidimiz şəhid düşdü. Minlərlə igidimiz qazi oldu. Yüzlərlə analar, bacılar, gəlin-qız başına qara bağladı. Əmimin gəlini Vəsilə kimi. Yüzlərlə uşaq atasız böyüdü. Şəhid əmimoğlu Həbibin oğlu Rəşid kimi...

Rəhmətlik atam qaçqınlıqdan sonra xəstə oldu. Yurd dərdi, yurd həsrəti onu alıb apardı...

Anam gözümüzün önündə Vətən deyə-deyə, ağlaya-ağlaya qocaldı. Otuz iki ildən sonra əllərini uçuq divarlara sürtüb ağlayanda ona sakit baxanlar insandımı, deyə bilmərəm... Amma mən baxa bilmədim. Mən göz yaşlarımı saxlaya bilmədim. Mən o səhnəni görəndə hönkürdüm...

Bunlar hələ hamısı deyil...

Bilmirəm, az da olsa, səbəbləri anlada bildim(m)i?..

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri