Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Yollar uzun, həyat qısa: 2025 ci ildə baş verən dəhşətli QƏZALAR

Yollar uzun, həyat qısa: 2025 ci ildə baş verən dəhşətli QƏZALAR

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il təkcə sosial-iqtisadi hadisələrlə deyil, həmçinin çoxsaylı qəzalarla yadda qalıb.

Oxu.Az ötən il baş vermiş bəzi ağır yol-nəqliyyat hadisələrinin xronologiyasını təqdim edir.

Belə ki, yanvarın 4-də Sahil qəsəbəsini metronun "Sahil" stansiyası ilə əlaqələndirən 149 nömrəli avtobus yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb.

Yanvarın 28-də Lənkəran rayonunun Girdəni kəndi ərazisində VAZ markalı avtomobil ilə "Isuzu" markalı avtobusun toqquşması nəticəsində 24 nəfər yaralanmışdı.

16 fevralda isə Sabunçu rayonu Heydər Əliyev prospektində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes-Benz" markalı 99-EG-909 dövlət nömrə nişanlı avtomobil ilə "Renault" markalı 50-DS-081 dövlət nömrə nişanlı və "Changan" markalı 77-SQ-942 dövlət nömrə nişanlı maşınlar toqquşub. Hadisə nəticəsində "Changan"ın sürücü Ramin Məmmədov və onun azyaşlı qızı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Həmin gün Ucar rayonunda 14 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 20-dək şəxs yaralanıb.

Yollar uzun, həyat qısa: 2025-ci ildə baş verən dəhşətli QƏZALAR

2025-ci ilin ən dəhşətli qəzalarından biri də fevralın 28-də Ağcabədi rayonunda qeydə alınmışdı. Belə ki, VAZ, "Hyundai" və "Mercedes-Benz" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada beş nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Yollar uzun, həyat qısa: 2025-ci ildə baş verən dəhşətli QƏZALAR

İlin ən tragikomik qəzası isə "uçan maşın"la bağlı idi. Aprelin 10-da Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alsa da baş verən qəza uzun müddət sosial şəbəkələrdə geniş əks-səda doğurdu. Hadisə nəticəsində Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan BYD markalı 77-UY-524 dövlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan "Ford" markalı 99-JN-288 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

İyunun 7-də baş verən avtomobil qəzasında üç nəfər həlak olub. Belə ki, Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində "Mercedes-Benz" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik maşını ilə toqquşub. Nəticədə üç nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.

Daha bir ailə faciəsi iyunun 15-də Biləsuvarda qeydə alınıb. Belə ki, rayonun Ağalıkənd sakini M.Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobil ilə P.İsmayılovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Nəticədə VAZ-2107 markalı avtomobildə olan iki sərnişin - Ovçubərə kənd sakinləri Elxan Feyziyev və Qalib İsmayılov hadisə yerində ölüb, sürücü və digər sərnişin, Hüseyn Feyziyev xəsarət alıblar. Ölən şəxslərin baba və nəvə olduğu qeyd olunub.

İyunun 26-da Sabirabadda hərəkətdə olan yük maşını VAZ-2104 avtomobili ilə toqquşub. Nəticədə üç nəfər ölüb.

İyulun 13-də isə Salyan rayonunda maşın su kanalına aşıb, nəticədə üç nəfər ölüb.

Avqustun 29-da Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu Maarif kəndindən keçən hissəsində iki maşının toqquşması nəticəsində üç nəfər həlak olub.

İlin ən çox müzakirə olunan və ağır qəzalarından biri də sentyabrın 6-da paytaxtın Biləcəri qəsəbəsində baş verib. Qəsəbə ərazisində hərəkətdə olan yük avtomobili idarəetmədən çıxıb və körpüdən aşaraq yolda hərəkət edən "Changan" markalı minik avtomobilinin üzərinə düşüb. Nəticədə minik avtomobilində olan iki nəfər həyatını itirib.

Yollar uzun, həyat qısa: 2025-ci ildə baş verən dəhşətli QƏZALAR

Oktyabrın 21-də Şəkidə baş verən qəzada da üç nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində KIA və VAZ-2107 markalı avtomobillər toqquşub.

Dekabrın 7-də saat iki radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində isə beş nəfər ölüb. V.Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb.

Yollar uzun, həyat qısa: 2025-ci ildə baş verən dəhşətli QƏZALAR

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:449
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri