Yollarda hərəkət artır təhlükəsizlik tədbirləri gücləndirilir
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hərəkət intensivliyinin artması təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir.
Müşahidələr deməyə əsas verir ki, həftəsonu xüsusilə magistral yollarda hərəkət intensivliyinin artması yol-nəqliyyat hadisələrinin sayına təsir göstərir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı yollarda təhlükəsizlik tədbirləri gücləndirilsə də, bəzən sürücülərin qaydalara riayət etməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən ağırlıq dərəcəsi yüksək olan qəzaların şahidi oluruq.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, hərəkət zamanı düzgün ara məsafəsi seçməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Gəlin mənzil başına təhlükəsiz çatmaq üçün məsuliyyət hissini unutmayaq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 11 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















