Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Yollayış qalmaqalına AHİK dən açıqlama

Yollayış qalmaqalına AHİK dən açıqlama

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Son vaxtlar bəzi media subyektlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ünvanına yollayışların verilməsi ilə bağlı həqiqətə uyğun olmayan və qərəzli iddialar səsləndirilir. Bu da çoxsaylı üzvləri birləşdirən AHİK-in nüfuzuna xələl gətirməklə yanaşı, həmkarlar ittifaqları üzvlərinin haqlı narazılığına səbəb olur.

Modern.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

"Vurğulamaq istərdik ki, AHİK olaraq missiyamız ilk növbədə həmkarlar ittifaqları üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin edilməsi, işçilərin maarifləndirilməsi, üzvlərə sosial-iqtisadi dəstəyin göstərilməsi, bilik və bacarıqlarının artırılması, sağlamlığının qorunmasının səmərəli təşkilidir.

Qeyd edək ki, Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, AHİK-in Nizamnaməsi, sosial tərəfdaşlıq, məşğulluq, sosial müdafiə və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktlarla tənzimlənir.

Son günlər mediada yollayışların verilməsi ilə bağlı səslənən əsassız fikirlərə gəlincə isə bildiririk ki, yollayışların verilməsi prosesi Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri əsas götürülür. Bu tələblərə görə, güzəştli yollayış veriləcək şəxslər həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmalıdır. Həmin şəxslər yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər.

Təhlillər göstərir ki, qanunvericiliyin uyğunlaşdırılması nəticəsində il ərzində əlavə olaraq 32 mindən çox vətəndaşımızın yollayışdan istifadə imkanı yaranıb. Bununla da həyata keçirilmiş hüquqi uyğunlaşdırmalar güzəştli yollayışlardan istifadə hüququ olan şəxslərin yollayışlara əlçatanlığının, şəffaflığın və ünvanlığın artırılmasına, daha çox şəxsin bu imkanlardan yararlanmasına şərait yaradıb.

Məlumat üçün bildiririk ki, həmin qaydalara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bununla belə Baş Kollektiv Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, AHİK-in təşəbbüsü əsasında sağlamlıq mərkəzləri ilə bağlanmış müqavilələr çərçivəsində 12 yaşadək iki uşağın ödənişsiz əsasda qonaqlanması və qidalanması təmin olunur.

Eyni zamanda ödənişsiz yollayış almaq hüququ olanları ehtiva edən kateqoriyalar 3-dən 11-ə çatdırılıb. Bu isə dövlətimizin həyata keçirdiyi sosial siyasətə uyğun olaraq, həssas qrupa aid olan daha çox vətəndaşın sosial qayğı ilə əhatə olunması deməkdir.

Hesab edirik ki, bəzi media subyektlərində yayımlanan və reallığı əks etdirməyən iddialar həmkarlar ittifaqları təşkilatları haqqında əsassız və mənfi rəy formalaşdırmağa xidmət edir.

İşgüzar imicə ictimai zərər vurmağa hədəflənən bu cür məlumatlar media etikası, obyektivlik, qərəzsizlik və məsuliyyət prinsiplərinə uyğun gəlmir, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə ziddiyyət təşkil edir",-bəyanatda deyilir.
Media nümayəndələrini jurnalist etikasına əməl etməyə, məlumatları yaymamışdan əvvəl aidiyyəti üzrə dəqiqləşdirməyə çağırırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri