Icma.az
close
up
RU
Yolu hardan gəldi keçsəniz, həm özünüzü, həm də başqalarını bədbəxt edə bilərsiniz VİDEO

Yolu hardan gəldi keçsəniz, həm özünüzü, həm də başqalarını bədbəxt edə bilərsiniz VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq yol polisləri uzun müddətdir ki, piyadaların yollarda təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif miqyaslı tədbirlər görür. Məktəblərdə şagirdlərlə görüşlər keçirir, şəhərin bir sıra küçə və prospektlərində maarifləndirici söhbətlər aparır. Belə tədbirlərdən biri tez-tez piyadalar tərəfindən qaydaların kobud şəkildə pozulduğu Qara Qarayev prospektində təşkil olunmuşdu. Bir neçə həftə əvvəl prospektdə “Qara Qarayev” metrosunun yaxınlığında yeraltı keçiddən istifadə etmədən yolu keçən ana və övladını avtomobil vurub öldürmüşdü. Buna baxmayaraq, eyni ərazidə yenə eyni qayda pozuntuları təkrarlanırdı. Buna görə də Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları məhz həmin qəzanın görüntülərini qayda pozan piyadalara göstərib belə səhvlərə yol verməmələrini tələb etmişdi. Hətta bəzi piyadalar da cərimə olunmuşdu, amma çi fayda. Bu gün hələ də istər Qara Qarayev prospektində, istərsə də şəhərin başqa küçələrində yola düşünmədən atılanlar, özü ilə birlikdə başqalarının da həyatını təhlükə altında qoyanlar var.

Avtosfer.az-ın bu materialda təqdim etdiyi video şəhərin Nəsimi rayonu Dilarə Əliyeva küçəsində qeydə alınıb. Şəhərin mərkəzi, hamının azı bir dəfə də olsa keçdiyi küçə. Səməd Vurğun parkının yanından keçən küçədə qeydə alınan videoda göründüyü kimi, valideyn övladının əlindən tutub və işıqforun piyadalar üçün qırmızı işığında özünü yola atıb. Sol zolaqla hərəkət edən avtomobil onların tələsdiyini göüb məcburən dayanır, lakin sağ zolaqla hərəkət edən avtomobil onları görmür. Yolu qaçaraq keçən hər iki piyada son anda ölümdən dönür, bu isə sürücünün peşəkarlığı və solundakı avtomobilin ani dayanmasından məsələni anlaması ilə mümkün olur. Daxili İşlər Nazirliyi, DYP, nəqliyyat ekspertləri dəfələrlə piyadalara bununla bağlı xəbərdarlıq edilsə də, yenə də piyadalar yolu hardan gəldi, necə gəldi, qaçaraq, dəmir məhəccərlərin üstündən hoppanaraq, qulaqda telefon, qulaqlıq və s. formalarda özlərini maşının altına atırlar.

Hər gün nazirliyin tabeliyindəki Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ölkəyə baş verən hadisələrin görüntülərini yayır, bütün medialar həmin görüntüləri göstərir ki, bəlkə görməyən olar, bir oxucu belə bu kadrları görsə, bəlkə də ayılar, bəlkə də bri də yolu səhv keçməz. Nəticə isə heç də ürəkaçan deyil, piyadalar kamikadze kimi maşınların üstünə qaçır. Statistikalara baxanda isə mənzərə heç də ürəkaçan deyil: Bu ilin 6 ayəı ərzində 243 piyada qəzaya düşüb, onlardan 126-sı ya hadisə yerində, ya da xəstəxanada dünyasını dəyişib. 131 nəfər isə xəsarət alıb. Ən yüngül formada ya zədələnib, ya da ağır travmalar sonrası əlil olub. Bu ədədlər onun üçün qeyd edilmir ki, bu şəxslərin hər biri bir ədədin göstəricisidir, yaxud onlar sadacə statistikadır. Bu ədədlər mətbuatda ona görə yayımlanır ki, bəlkə insanlar təsirlənər, ayılar, özünün, eləcə də yolların digər iştirakçılarının həyatını riskə atmaz. Nəzərə alın ki, yolda tələsdiyiniz hər bir an sizin həyatınız bahasına başa gələ bilər. Xatırlayırsınızsa, yol kənarlarında, eləcə də maşınların arxa alın şüşəsində müxtəlif cümlələr yazılırdı sürücülərə xəbərdarlıq etmək məqsədilə: “Sürmə 100, yaşa 100”, “Ata, asta sür, evdə gözləyinin var” və s. Bu fikirlər bir növ piyadalara da aiddir. Əgər evdə gözü yolda qalanınızın göz yaşları içində qalmağını istəmirsizsə, əgər sağlamlığınızın hansısa qəzadan sonra məhdudlaşmağını istəmirsizsə, yolu keçərkən tələsməyin. Yalnız piyadalar üçün nəzərdə tutulan yerlərdən yolu keçin. Hər ürəyiniz istədiyi yerdən yolu keçsəz, ən yaxşı halda, özünüzü və başqasını bədbəxt edəcəksiniz.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Oktyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri