Yolun ortasındakı kollar qəza riskini artırır XƏBƏRDARLIQ VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bəzi küçələrdə yolun ortasında yerləşdirilən yaşıllıqlar sürücülər üçün gözlənilməz təhlükə yarada bilər. Xüsusilə həmin kolların arxasından yola çıxan piyadanı əvvəlcədən görmək mümkün olmadıqda qəza riski artır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov sosial şəbəkədə paylaşdığı görüntülərlə bu məsələyə diqqət çəkib.
Mütəxəssis bildirib ki, Əhməd Rəcəbli küçəsi də daxil olmaqla bəzi yollarda hərəkət hissəsinin ortasında yerləşən kollar piyadaların görünməsinə mane olur. Kolların aşağı hissəsinin yumru olması səbəbindən onların arxasında dayanan şəxsin nə özü, nə də ayaqları sürücüyə görünür.
Belə ərazilərdə xüsusilə diqqətli olmağı tövsiyə edib. Məcburən sol zolaqda hərəkət edən sürücü sürəti azaltmalıdır. Əgər yol bir neçə zolaqlıdırsa və imkan varsa, sol zolaqdan istifadə etməmək daha təhlükəsizdir.
Aqil Rəhimov edib ki, əsas məqsəd piyadanın mümkün səhvini əvvəlcədən nəzərə almaq və qəfil yola çıxan şəxslə toqquşma riskini minimuma endirməkdir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Avqust 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















