Icma.az
close
up
RU
Yorulurlar, səhvlərini təhlil etməyə vaxtları olmur Rüstəm Rəhimov hakimliklə bağlı təklif səsləndirdi

Yorulurlar, səhvlərini təhlil etməyə vaxtları olmur Rüstəm Rəhimov hakimliklə bağlı təklif səsləndirdi

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Hakimlərimizin Azərbaycan çempionatındakı idarəçiliyində problemlər var, bunu etiraf etmək lazımdır"

Bunu Fanat.Az-a açıqlamasında veynəlxalq dərəcəli veteran hakim, Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov deyib.

O, hakimlərin sayının az olduğunu vurğulayıb və problemdən çıxış yolu üçün təklif irəli sürüb:

"Düzdür, Əliyar Ağayev də, Elçin Məsiyev də beynəlxalq turnirlərdə səviyyəli oyunlara təyinat alırlar. Bu, hamımız sevindirir. Amma yerli çempionatda çatışmazlıqları gözardı etmək olmaz. Görünür, səviyyə fərqi idarəçiliyə də təsir göstərir. Mötəbər turnirlərdəki oyunlar başqa cürdü. Matçlar dolu tribunalar önündə oynanılır, qarşılaşmaların səviyyəsi, oyunçuların mədəniyyəti yüksək olur. Bir sözlə, hakim peşəkar münasibət fonunda sırf idarəçiliyə köklənir. Bizdə isə onlar komandalarla tez-tez rastlaşırlar. Yolları tez-tez kəsişdiyi üçün həm məşqçilərdə, həm də futbolçularda fikir formalaşır ki: "Bu yenə gəldi". Əslində xırda nüans kimi görünür, amma ciddi problemdir. Ədalət təmsilçilərinin komandaların oyununa tez-tez getməsi hakim qıtlığından qaynaqlanır. Axı bizdə niyə hakim çatışmır? Komanda sayı artsa belə, bu, bəhanə olmamalıdır. Mənə çatmır, axı niyə "difisit" olmalıdır? AFFA hər cür şərait yaradıb. Bizim vaxtımızda belə şərait yox idi, amma yetərincə hakim var idi. Oyuna tez-tez getdikləri üçün yorulurlar, səhvlərini təhlil etməyə vaxt olmur. Məsələn, Əliyar bir həftə ərzində Şamaxıda VAR-da idi, oradan qayıdıb ÇL idarə etməyə getdi, gəlib Premyer Liqaya təyinat aldı. Adam dincəlməlidir axı. Sözlərim tək Əliyara aid deyil, digərlərində də belədir. Hakimlərə müəllim ayrılıb, fiziki hazırlıq və nəzəriyyə üzrə məşğul olurlar. Ancaq sayı artırmaq üçün başqa yollara da baş vurmaq, variantlar fikirləşmək lazımdır. Məsələn, karyerasını yeni başa vuran futbolçuları hakimliyə cəlb etmək lazımdır. Necə ki, biz o vaxt Rafiq Quliyev, Yevgeni Gerasimenko kimi bir çox veteran futbolçuları hakimliyə gətirdik. Sadəcə, işləmək lazımdır".     

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Noyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri