Icma.az
close
up
RU
Baş məşqçinin dəyişməsi ilə komandanın oyunu da dəyişib Rüstəm Rəhimov

Baş məşqçinin dəyişməsi ilə komandanın oyunu da dəyişib Rüstəm Rəhimov

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycan millisi bu həftə Bakıda iki vacib sınağa çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiyanı, ayın 16-da isə Fransanı qəbul edəcək. 
Vacib oyunlar ərəfəsində beynəlxalq dərəcəli veteran hakim Rüstəm Rəhimovla əlaqə saxlayıb bu görüşlərdən gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarşıda iki ağır oyunumuz var. Vaxmayaraq ki, İslandiya və Fransa yığmaları ilə tsikldəki son oyunları evdə keçirəcəyik. İslandlarla ilk seçmə görüşümüzü çox keçirmişdik. Düzdür, onda baş məşqçi Fernandu Santuş idi. İndi komandanı Ayxan Abbasov çalışdırır. Baş məşqçinin dəyişməsi ilə komandanın oyunu da dəyişib. Millidə böyük ruh, mübarizə əzmi var. Eyni zamanda Ayxan oyunu müdafiədən çox yaxşı qurur. Görünür bu da onun futbolçu kimi müdafiəçi olmasından irəli gəlir. Yəni bu sistemi yaxşı bilir. Son iki oyunu uduzsaq da, istək və mübarizə ilə yanaşı, müdafiədə başıpozuqluq müşahidə olunmadı. Hücum xəttində problemlər qalmaqdadır. Kəsər yoxdur, qol vəziyyəti yarada, rəqibə çətinlik yarada bilmirlər. Ola bilsin, irəlidəki çatışmazlıq da zamanla düzələcək. Hücumda da aqressiv ola bilsək, İslandiyadan xal ala, hətta məğlub etmək olar. Fransa barədə nəsə deməyə ehtiyac yoxdur. Heyətində Kilian Mbappe, Usman Dembele kimi dünya ulduzları, istənilən nəhəng komandanın müdafiəsini fərdi bacarıqları sayəsində yara bilən rəqibdən xal almaq sensasiya olar. Ancaq mən yenə də komandamızdan əzmkarlıq gözləyirəm. Fikrimcə, əsas diqqəti İslandiyaya ayırmaq lazımdır. Komandamıza qarşıdakı oyunlarda müvəffəqiyyət arzu edirəm".

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri