YouTube , Apple və Google ın uşaqların müdafiəsi ilə bağlı tələblərə uyğunluğu yoxlanılacaq
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Snapchat", "YouTube", "Apple" və "Google"ın fəaliyyəti Avropa İttifaqının (Aİ) yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında qanunvericiliyinin prinsiplərinə uyğunluğa görə yoxlanılacaq.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının (AK) saytında dərc edilmiş bəyanatda bildirilir.
İlk araşdırmalar rəqəmsal xidmətlər haqqında qanuna uyğun olaraq başlanıb.
Sənəddə qeyd olunur ki, AK bu platformalardan istifadəçinin yaşının yoxlanılması sistemləri, habelə yetkinlik yaşına çatmayanların qeyri-leqal məhsullara, o cümlədən narkotik və ya veyplərə, yaxud zərərli kontentə, o cümlədən qidalanma pozuntularını təbliğ edən məzmuna çıxışının qarşısını necə aldıqları barədə məlumat təqdim etməsini xahiş edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Oktyabr 2025 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















