“YouTube” dan Belarusa qarşı “qeyri dost” qərar Təbliğat kanalları bağlanır
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“YouTube” Belarusun “BelTA” xəbər agentliyi, ONT və STV televiziya kanallarını öz platformasından silib.
“AzPolitika” xəbər verir ki, təbliğat kanallarının silinməsi barədə Belarus İnformasiya Nazirliyi məlumat verib. Nazirlik qeyd edib ki, “BelTA” sanksiyalar altında deyil, lakin buna baxmayaraq, ona qarşı bu cür tədbir görülüb.
Belarus təbliğat hesablarının silinməsi “YouTube”-un dezinformasiya ilə mübarizə üzrə sistemli siyasətinin yalnız bir hissəsidir. “YouTube”-un rusiyapərəst məzmunla bağlı siyasəti 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlamasından sonra kəskin şəkildə sərtləşdirilib.
2025-ci ilin yayında “Google” Rusiya ilə əlaqəli 2000-dən çox kanalın bloklandığını bildirib. Şirkətin hesabatına görə, silinmiş hesablar müxtəlif dillərdə (rus, ukrayna, ingilis, fransız, serb, ispan, fars və indoneziya) Rusiyayönlü gündəmi təbliğ edir, Ukrayna, NATO və Qərb ölkələrini tənqid edirdi. Eyni zamanda, şirkət Çinlə əlaqəli 7700-dən çox kanalı bloklayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Aprel 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















