Icma.az
close
up
RU
“YouTube”dakı ilk videonun sahibi: Tarixə düşən 18 saniyə

“YouTube”dakı ilk videonun sahibi: Tarixə düşən 18 saniyə

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

24 aprel 2005-ci il tarixində, gənc Javed Karim San Dieqodakı heyvanat bağının qarşısında dayanıb kameraya baxaraq belə deyir:


“Buradayıq, yəni heyvanat parkında. Fillərin ən gözəl tərəfi, çox uzun burunlarının olmasıdı.”

Sherg.az xəbər verir ki, cəmi 18 saniyəlik bu video, “Me at the zoo” adı ilə tarixə düşdü. YouTube platformasına yüklənən ilk video olaraq 360 milyondan çox baxış əldə etdi. Karim bu videoyla ilk YouTuber olaraq adını tarixə yazdırdı. Bəs indi nə işlə məşğuldur?


Almaniyadan Amerikaya, oradan Silikon vadisi zirvəsinə

Karim 1979-cu ildə Şərqi Almaniyanın Merseburg şəhərində doğulub. 2 yaşında ailəsi ilə birlikdə Qərbi Almaniyaya, 1992-ci ildə isə ABŞ-a köçüblər. Atası elmi tədqiqatlar aparan bir şirkətdə, anası isə Minnesota Universitetində işləyirdi.

Orta məktəbi Minnesota ştatının Saint Paul şəhərində, ali təhsilini isə Illinois Universitetində alıb. Ancaq üçüncü kursda təhsilini yarımçıq qoyub o dövrdə kiçik bir startap olan PayPal-da işləməyə başlayıb. Burada Steve Chen və Chad Hurley ilə tanış olub. Bu dostluq YouTube-un əsasını qoydu.


YouTube ideyası bir kafedə formalaşdı

2005-ci ilin əvvəllərində üçlük tez-tez bir kafedə toplaşaraq iş ideyaları müzakirə edirdi. Karim, internetdə videoları paylaşmaq üçün düzgün bir platforma olmamasından narahat idi. E-poçtla bu ideyanı dostlarına göndərdi və onlar layihəyə başladı. 14 fevral 2005-də YouTube rəsmi olaraq quruldu, 24 aprel tarixində isə ilk video – “Me at the zoo” yükləndi.


Google ilə dev halına gəldi

Başlanğıcda tanışlıq platforması kimi nəzərdə tutulan YouTube, daha sonra amatör videoların paylaşım məkanına çevrildi. 2006-cı ildə Google tərəfindən 1,65 milyard dollara satın alındı. Bu gün 114 milyondan çox kanal və 50 milyard dollardan artıq illik reklam gəliri ilə YouTube dünyanın ən böyük video platformasıdır.


Mediadan uzaq, elmdə aktiv

Karim, digər quruculardan fərqli olaraq, mediya qarşısında nadir hallarda görünür. Şirkətin satışından sonra akademik karyerasına dönərək Illinois Universitetini bitirdi və Stanford Universitetində magistr təhsili aldı. Ticarət deyil, elm və təhsil onu daha çox cəlb edirdi.

Bugünkü sərvəti təxminən 300 milyon dollar olaraq qiymətləndirilir. Steve Chenin təxminən 500 milyon, Chad Hurleynin isə 700 milyon dollarlıq sərvəti olduğu bildirilir.


YouTube qərarlarına qarşı səssiz etirazlar

Karim zaman-zaman “YouTube”dakı dəyişikliklərə münasibət bildirib.

– 2013-cü ildə Google+ hesabı olmadan şərh yazmaq mümkün olmayanda, “Me at the zoo” videosunun açıqlamasını dəyişdi və belə yazdı:

“Bir videoya şərh yazmaq üçün niyə Google+ hesabına ehtiyac var?”

– 2021-də isə “dislike” saylarının gizlədilməsi qərarını sərt şəkildə tənqid etdi.


Səssiz, amma təsirli bir iş adamı

Karim texnologiya dünyasından tamamilə ayrılmadı.

– 2008-ci ildə Youniversity Ventures adlı sərmayə fondu qurdu.

– Airbnb kimi şirkətlərə erkən mərhələdə yatırım etdi.

– Sequoia Capital ilə əməkdaşlıq etdi, Milo Inc. və Eventbrite kimi platformalara məsləhət verdi.

Hazırda 45 yaşında, Palo Altoda yaşayır və ictimaiyyət qarşısına çox az çıxır. Lakin ilk videonun açıqlamasını zaman-zaman dəyişərək platformaya münasibətini bildirməyə davam edir.


Nəticə

YouTube-un 20 illik tarixində yüz milyonlarla istifadəçi və milyardlarla video olsa da, 18 saniyəlik bir klip – “Me at the zoo” – hələ də başlanğıc nöqtəsi olaraq yaddaşlarda qalır. Javed Karim isə səssiz, lakin dərin təsir buraxan bir texnologiya vizyoneri olaraq tarixə düşür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:1267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri