Icma.az
close
up
RU
Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (II HİSSƏ)

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (II HİSSƏ)

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Bayramlı

əvvəli burada

https://sesqazeti.az/news/mia/1229820.html

II YAZI

Kainatın qüsursuz yaradılışı və möhtəşəmliyi

Astronomiya elmində əldə olunan son naliyyətlər yaradılışın möhtəşəmliyini göz özünə sərir. Milyardlarla işıq ili uzaqlığa qədər görünən kainatda milyardlarla qalaktikanın aşkar olunması və müşahidə olunan kainatın müdhiş miqyası adamı dəhşətə gətirir. Onlardan tək bir qalatika ilə müqayisədə bizim dünyamız atom ölçüsündə də deyil və yox kimi bir şeydir. Və bu nəhəng miqyas və sistemlilik qarşısında alimlər belə şoka düşürlər.

Məşhur fizik Pol Devis kainatdakı fizika qanunlarının təyin olunmuş bu ölçülərinə heyranlığını belə ifadə edir: “İnsan kosmologiyanı araşdırdıqca inanılmazlıq getdikcə daha da nəzərə çarpır. Kainatın başlanğıcı haqqındakı son tapıntılar genişlənməkdə olan kainatın heyranedici həssaslıqla nizamlanmış olduğunu göstərir”.

Biz kainatı böyük qüdrətlə yaratdıq və onu genişləndiririk- (Zəriyət surəsi, 47). 1400 il qabaq insanlara göndərilmiş Quranda bunu ifadə edən ayələr çoxdur. Digər müqədddəs kitablarda da çoxdur.

Böyük partlayış nəzəriyyəsində heç vaxt cavab tapıla bilməyəcək suallar var. Onlardan biri belədir- “Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?”- Andrey Linde (kosmologiya professoru).

“Big Bang” nəzəriyyəsi kainatı əmələ gətirən bütün maddənin yoxdan ortaya çıxdığını göstərməklə Yaradanın varlığına aid bir dəlil göstərdi. Amma məsələ bununla bitmədi, böyük partlayışın ardından heç bir saniyə belə keçməmiş atomun təməl hissəciklərinin də yoxdan var edildiyi bəlli oldu.

Hətta Yer planetinin ölçüləri, kütləsi və forması da yaradılış üçün xüsusi nizama salınmışdır. Amerikalı geoloqlar Frank Pres və Raymond Siver bunu belə izah edirlər: “Yer kürəsinin böyüklüyü tam lazımi həddədir. Əgər daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük olsaydı isə, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi...”.

Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyat üçün xüsusi quruluşa malikdir. Bu daxili quruluşdakı təbəqələr sayəsində, Yer müəyyən maqnit sahəsinə malikdir və bu maqnit sahəsi həyatın qorunub saxlanması üçün çox əhəmiyyətlidir. Pres və Siver bu mövzunu belə açıqlayırlar: “Yer kürəsinin nüvəsi isə, çox böyük həssaslıqla tarazlanmış və radioaktivlik vasitəsilə qidalanan istilik mühərrikidir... Əgər bu mühərrik daha yavaş işləsəydi, qitələr indiki strukturlarına sahib olmazdılar... Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə də, Yerin maqnit sahəsi heç vaxt əmələ gəlməzdi... Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və dolayısilə daha sürətli istilik mühərrikinə sahib olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq dərəcədə sıxlaşar və Yer səthi də demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı”.

Nüvənin tərkibində dəmir və nikel kimi maqnit xüsusiyyətə malik ağır elementlər var. Daxili nüvə bərk, xarici nüvə isə, maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnit sahəsini əmələ gətirir. Atmosferdən xeyli kənaradək uzanan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunar. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də, Yer kürəsinin on minlərlə kilometr uzaqlıqda maqnit halqalar meydana gətirən Van Allen radiasiya qurşaqları, Yer kürəsini bu öldürücü enerjidən qoruyur.

Bəhs olunan plazma buludlarının Xirosimaya atılan gücdə olan 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır. Eynilə kosmik şüalar da çox şiddətli ola bilərlər. Lakin Yerin maqnit sahəsi bütün bu öldürücü şüaların yalnız 0,1%-nin keçməsinə imkan verir və o da atmosfer tərəfindən udulur.

Əgər Yer kürəsinin bu maqnit qalxanı olmasa, Yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də, heç vaxt mövcud olmayacaqdı. Yer kürəsinin nüvəsi tam lazımi vəziyyətdə yaradıldığı üçün dünyamız bu şəkildə qorunur.

Digər bir sözlə, səmada, Qurandakı "göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər" (Ənbiya surəsi, 32) ayəsiylə bildirildiyi kimi, həyatın davam edə bilməsi üçün qurulmuş özünəməxsus qoruyucu qalxan var.

Molekulyar bioloq Maykl Denton “Təbiətin taleyi: Biologiya qanunları kainatdakı məqsədi necə göstərir?” adlı kitabında yazır: “Əgər cazibə qüvvəsi, nüvə qüvvəsi, elektromaqnit qüvvə kimi təməl qüvvətlər və dəyişənlər hazırki qiymətlərə sahib olmasaydılar, heç bir ulduz, ifrat yeni ulduz, planet və atom olmayacaqdı. Həyat da olmayacaqdı”.

Məşhur fizik Pol Devis isə kainatdakı fizika qanunlarının təyin olunmuş bu ölçülərinə heyranlığını belə ifadə edir: “İnsan kosmologiyanı araşdırdıqca inanılmazlıq getdikcə daha da nəzərə çarpır. Kainatın başlanğıcı haqqındakı son tapıntılar genişlənməkdə olan kainatın heyranedici həssaslıqla nizamlanmış olduğunu göstərir”.

Bütün kainatda bu təməl qüvvələrin üzərində qurulmuş üstün bir dizayn və qüsursuz nizam hökm sürür. Kainatın yaradılışındakı nizama, müəyyən bir ölçüylə hesablanmış tarazlıqlara Quranın bir ayəsində belə diqqət çəkir: “O, hər şeyi yaradıb və əvvəlcədən müəyyən edib” (Furqan surəsi, 2).

Hazırda elmə məlum olan qalaktikaların sayı 2 trilyon qəbul olunur. Hərəsində də 100 milyondan 100 trilyona qədər ulduz... Elmi olaraq çata bildiyimiz sərhədlərədək 30 milyard işıq ili yol var! Təsəvvür edə bilirsinizmi? Əlbəttə edə bilməzsiniz! Yaradan qüdrətinin hələ bizə məlum hissəsi belə beynimizin dərk edə bilməyəcəyi həddədir. Sonsuz böyüklük bir dəhşətdir, sonsuz kiçiklik də başqa dəhşət. Yəni, makrodünya qədər mikrodünya da dərkedilməzdir. Atomların tərkibindəki protonların tərkibi də quarklardan ibarətdir. O hələlik son bölünməz hissəcik kimi qəbul olunur, lakin onu da təşkil edən tərkibin olduğu ehtimal olunur.

Məşhur astrofizik Hyu Ross kainatı Yaradanın bütün ölçülərin fövqündə olduğunu belə anladır: “Zaman səbəb-nəticə hadisələrinin meydana gəldiyi ölçüdür. Zaman yoxdursa səbəb və nəticə də yoxdur. Əgər maddə partlayışla meydana gəlibsə, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə müstəqil olmalıdır. Bu bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir”.

Planetimiz bütün kimyəvi elementlərlə ölçülü və nizamlı şəkildə təchiz edilmişdir. Fiziki qanunlar isə dəqiq və sistemli şəkildə işləyir. İnsan bədəni “maddi” materiallardan ibarət olsa da, insanın özü- ruhu maddi qanunlara tabe deyil.

Yəni, kainatın yaradılışında mükəmməl bir nizam və qanunauyğunluq var və biz bəzən xaos kimi görünən şeylər də bu nizama tabedir.

Yerdə həyatın meydana gəlməsi üçün 2 milyondan çox faktor şüurlu şəkildə uyğun vəziyyətə gətirilmişdir. Hətta Ayın belə indiki yerində olmaması Yerdə həyatın əmələ gəlməyəcəyi demək olardı. Sanki təbii peykimiz oraya əllə qoyulub. Təkcə həyatın yaranması ilə iş bitmir, onu qorumaq da lazımdır. Günəş sistemində bu vəzifəni Yupiter yerinə yetirir və kosmosdan gələn asterodləri ya özünə çəkir, ya da trayektoriyasını dəyişdirərək Yerdən yayındırır. Bundan başqa planetimizin üzərində müxtəlif atmosfer təbəqələri quraşdırılıb ki, bunlar da bizi kosmosdan mühafizə edir. Qədim mifologiyalarda “göyün 7 qatı” anlayışını elm bu yaxınlarda kəşf edə bilib, atmosferin 7 qatının olduğunu qəbul edib.

Van Allen qurşaqları adlanan və Yerin maqnit sahəsindən qaynaqlanan təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyası yerinə yetirir. Günəşdən və digər ulduzlardan mütəmadi olaraq yayılan bu şüalar insanlar üçün çox təhlükəlidir. Bu təbəqə yer üzünü kosmik radiasiya bombardmanından qoruyur. 70 000 km uzaqlıqda maqnit halqaları çəkən Van Allen Qurşaqları dünyanı bu öldürücü şüalardan qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat qeyri-mümkün olardı.

Günəş sisteminin quruluşu haqqında mühüm kəşflər etmiş İsak Nyuton isə belə yazmışdır: “Günəşdən, planetlərdən və kometalardan ibarət olan bu çox həssas sistem, yalnız ağıl və güc sahibi bir Varlığın məqsədindən və hakimiyyətindən qaynaqlana bilər... O, bunların hamısını idarə edir və bu hakimiyyətindən ötrüdür ki, Ona, "üstün qüvvət sahibi Rəbb" deyilir”.

Günəş elə həssaslıqla müəyyənləşdirilmiş interval aralığında şüalar yayır ki, bütün şüa növlərinin yalnız 10 üstü 25-də 1-ni meydana gətirən bu interval, həm Yerin isinməsi, həm mürəkkəb canlıların bioloji funksiyalarının dəstəklənməsi, həm bitkilərin fotosintez etməsi, həm də Yer üzündəki canlıların görmə qabiliyyətinə sahib olması üçün, ən ideal intervaldır...

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see194

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see135

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see128

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see122

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see113

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see113

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see111

Tramp tezliklə qərar verəcək: FES sədri işdən çıxarılacaq

16 İyul 2025 20:36see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see110

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri