Icma.az
close
up
RU
Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XVII YAZI)

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XVII YAZI)

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elçin Bayramlı

əvvəli burada

https://sesqazeti.az/news/mia/1242703.html

XVII YAZI

İnsanın dünya gəlmə möcüzəsi

Məgər insan bizim onu heç bir şey ikən yaratdığımızı düşünmürmü? (Məryəm surəsi, 67)

Bu silsilədən əvvəlki yazımızda insanın yaradılışının qədim mifoloji və dini mənbələrdə necə verildiyindən danışdıq. Bu yazımızda isə insanın yaranmasının bioloji əsaslarına toxunacağıq.

Qeyd edildiyi kimi, bütün dini, mifoloji mənbələrdə insanın torpaqdan (suyun iştirakı ilə) yaradıldığı deyilir. Bu, elmi məntiqə də uyğun gəlir. Müasir elm sübut edib ki, insan orqanizmində torpaqda olan elementlər var. Bütün biomaterial torpaqdan və sudan yaranıb. Bu bioloji materiala Yaradan tərəfindən can (Ruh) verilib. “Mən ona Öz ruhumdan üfürdüm”. (Hicr: 29 - Sad: 72)

Baqavad-Qitada (14/4) Tanrı deyir: “Еy Kuntinin оğlu, bütün һәyаt fоrmаlаrının bu mаddi tәbiәtdәn dоğulduğunu, Mәnim isә tохum vеrәn аtа оlduğumu dәrk еtmәk lаzımdır”.

“Məgər Biz sizi su damlalarından xəlq etmədikmi və sizi müəyyən bir müddətə qədər möhkəm bir yerdə yerləşdirmədikmi?” (Quran, Mürsəlat, 77/20-23).

“Biz insanı kişi və qadın mayesinin qarışığından formalaşdırdıq” (Quran, İnsan surəsi, 2).

İnsanın yaradıldığı su "sperma", insanın məskunlaşdığı möhkəm yer isə, bətndir. Hərəkət qabiliyyəti verilmiş kiçik bir sperma (erkək toxumu) öz işini görmək üçün ana bətnində qadının yumurtası ilə görüşüb birləşərək canlıya çevrilir, yavaş-yavaş böyüyərək insan şəklini alır, bütün bunlar hamısı qaranlıq, havasız yerdə və su içində olur. İnsan havasız yerdə və su içində 3-5 dəqiqədən artıq qala bilmədiyi halda, 9 ay boğulmadan ana bətnində necə qala bilir?

Qeyri-adi bir hadisədir ki, ana bətnində 9 ay suda yaşadıqdan sonra dünyaya gələn kimi sərbəst hava ilə nəfəs almağa başlayırıq.

Tibb elmi insan spermasında adi gözlə görülməyən, lakin mikroskopla araşdırıldığı halda görünən çox kiçik canlıların olduğunu müəyyən edib. Hər canlı qan laxtası şəklində olan ağ qan hüceyrələrinə bənzəyir. Onların öz başları, boyunları və quyruğu var. Mikroskop icad edilərkən və insanların bu canlılardan meydana gəldiyi öyrəniləndə Quranın başqa bir möcüzəsi ortaya çıxdı.

“İnsan nə üçün yaradıldığına baxsın. O, xaric edilən qatı bir mayedən yaradılmışdır. O su onurğa sümükləri ilə sinə arasında çıxır”. (Quran, Tariq, 86/5-7)

Ana bətni Uca Yaradan tərəfindən o qədər mükəmməl nizamlanmışdır ki, körpənin həyatı və inkişafı üçün zəruri olan heç bir şey kənarda qalmamışdır. Döl ana ilə nazik ipə bənzər bir kordonla bağlanır. Bu kəndir sayəsində ananın bütün orqanları ilə təmas qura və bütün qidalarını bu ip vasitəsilə ala bilir.

Ananın qəbul etdiyi yeməyin turşuya çevrilməsi və körpəyə zərər verməməsi üçün Uca Yaradan döl ilə anaya bağlanan nazik ipi çox nizamlı şəkildə yaratmışdır. Doğulmamış körpəyə zərər verə bilən və ya narahat edən qidaların körpəyə çatmasının qarşısı alınır.

Quranda insanın ana bətnində ilk formalaşması haqqında məlumat verilir. Bu, yumurtanın implantasiyadan sonra bölündüyü canlı hüceyrələrin məcmusudur. Daha sonra onun üzərində aşılanmış hüceyrələri uşaqlıq divarına çatdıran bəzi çıxıntılar yaranır.

“O, insanı laxtalanmış qandan (mayalanmış yumurtadan) yaratdı” (Quran, Ələq, 96/1-2).

Bu, qan laxtasının böyüməsini, hüceyrələrinin şaxələnməsini və bir hissəsinin digərindən ayrılmasını ifadə edən tibbi bir termindir. Burada formalaşma və ət-sümük artefaktları görünməyə başlayır. Sümüklər əmələ gəldikdən sonra ət əzələ əlamətləri ilə formalaşmağa başlayır. Bu, sümükləri əhatə edən hüceyrələrin müxtəlifliyi ilə əldə edilir. Sümüklər və əzələlər meydana çıxdıqca bədənin digər orqanları da əmələ gəlir.

Quranın “Sonra onu başqa bir məxluq olaraq yaratdıq...” (əl-Muminun, 23/14) ifadəsi çox maraqlı izahdır. Çünki dölün ilkin formalaşması həm insanlarda, həm də heyvanlarda eynidir. Sonra insan formasına çevrilir və başqa bir yaradılışda təqdim olunur.

Dölün keçdiyi bu mərhələlər tibb elminin son 100 ildə kəşf etdiyi həqiqətlərdir və Quran bu barədə 14 əsr əvvəl bizə məlumat vermişdir.

İnsanın ana bətnində yaradılması elə bir möcüzələr silsiləsi ilə gerçəkləşir ki, bu prosesi təfəkkür və müşahidə gözü ilə araşdırdıqda, heyrətdən adamın dili tutulur. İnsanın bioloji mənşəyi yumurta hüceyrəsinin sperma ilə mayalanmasından başlayır. 250-300 milyon spermadan yalnız 1-nin yumurtaya daxil olması və onu dölləməsi də möcüzədir. Mitoz bölünmə ilə çoxalan və trilyonlarla hüceyrədən ibarət körpənin 9 ay 9 gündə keçdiyi mərhələlər ancaq qüsursuz ilahi proqramlaşdırma nəticəsində baş verə bilər.

Qurani-Kərimdə bununla bağlı deyilir: “O, sizi analarınızın bətnində bir yaradılışdan digərinə 3 qat zülmət içində yaradır” (Zumər surəsi, 6). Tibb elminin qənaətinə görə ana bətnində olan uşaq 3 təbəqə ilə əhatə olunmuşdur. Amniotik membran, onun xaricindəki uşaqlıq qişası və uşaqlıq divarı. Körpə amniotik kisənin içindəki mayedə bir vəziyyətdən digər vəziyyətə keçərək yetkinləşir.

80 günlük dölün əksər orqanları görünməyə başlayır. Dörd aylıq dövrdə körpənin bioloji inkişafı tamamlanır və böyümə mərhələsi başlayır. Uzunluğu 20-25 santimetr, çəkisi isə 200 qrama yaxındır. Bu mərhələdə ruh ona daxil olur və o artıq tam canlı varlığa çevrilir.

Kanadalı professor Keyt L.Mur embriologiyaya dair əsərində insanın ana bətnində olan mərhələlərini izah etdikdən sonra bu məlumatları Quran ayələri ilə müqayisə edərək müasir elmin Quranla uzlaşdığını, hətta Quranın verdiyi misal və təsvirlərlə tibb elminin hüdudlarından kənara çıxdığını etiraf etmişdir.

Bəzi insanlar insan bədənində baş verən bütün hadisələri beyinə bağlayır və “əmr verən və hər şeyi idarə edən bir beyin var” kimi nəticələr çıxarır və bütün hadisələrin izahını tapdıqlarını düşünürlər. Daha dərindən araşdırsa, heç vaxt həll edə bilməyəcəyi suallarla qarşılaşacağını anlayar- Beyin deyilən bu orqan da eyni hüceyrələrdən ibarət deyilmi? Beynin verdiyi əmrləri beyindəki bu mikroskopik yağ və zülal yığınlarımı təyin edir? Əgər belədirsə, beynin hansı hüceyrələri bu əmrləri verir? Bu ağılsız, şüursuz hüceyrələr bir araya gəldikdə birdən-birə məlumat almaq, qərar vermək, əmr vermək kimi mürəkkəb biotexnoloji prosesi haradan öyrənib qüsursuz şəkildə tətbiq etməyə başlayırlar?

İnsan hələ tək hüceyrə ikən və beyin deyilən bir şey olmadığı halda, bu hüceyrənin bölünməsini, bölünən hüceyrələrin fərqləndirilməsini və aralarındakı inanılmaz koordinasiyanı hansı beyin idarə edir? Yaxud hansı beyin toyuğun oturduğu və kiçik cücə halına gələnə qədər qızdırdığı mayalanmış yumurtanı idarə edir? Tək bir hüceyrədən cücə və ya insan körpəsi yaradan başqa gizli beyin varmı? Təəssüf ki, materialist elm bu suallara cavab vermək iqtidarında deyil.

Ana bətnindəki inkişaf zamanı milyardlarla hüceyrənin hər biri öz uyğun yerinə yerləşməlidir. Bunun üçün hüceyrələr rüşeymdə əmələ gəldikləri yerdən aid olduqları yerə qədər mürəkkəb miqrasiya həyata keçirirlər. Bu səyahət zamanı təyinat ünvanının dəqiqliyi qədər vaxt təyini də vacibdir. Millimetrin yüzdə biri qədər kiçik bir yer səhvi və ya saniyənin yüzdə biri qədər zaman səhvi; ayaqları başdan, qulaqları sinədən böyük edə bilər. Ancaq sistem o qədər mükəmməl işləyir ki, heç bir səhvə yol verilmir.

Milyardlarla hüceyrə öz yolunu və hara gedəcəklərini əvvəlcədən bilir və üstəlik, ora çatdıqda dayanmağa qərar verirlər. Bütün bunların nəticəsi olaraq, məsələn, mədə hüceyrələri ilə qaraciyər hüceyrələri heç vaxt bir-birinə qarışmazlar. Mükəmməl işləyən daxili orqanlar yaranır, qollar, ayaqlar, digər orqanlar bir-birinə qarışmır. Beləliklə, ilkin ət parçası tədricən insan şəklini alır.

Bu vəziyyətdə köç edən hüceyrələr və onların çatdıqları nöqtədə yapışacaqları hüceyrələr bir-birlərini faktiki olaraq tanıyırlar. Məsələn, sinir sistemi inkişaf etdikcə milyonlarla neyronun (sinir hüceyrələri) bir-biri ilə əlaqə yaratmaq üçün öz tərəfdaşlarını tapmağa çalışdığı müşahidə edilmişdir. Onlar təkcə öz yoldaşlarını tapmırlar, həm də yaradacaqları orqanın son formasını və quruluşunu meydana gətirəcək möhtəşəm bir mühəndislik dizaynında qüsursuz birləşirlər. Məsələn, beyin hüceyrələri aralarında lazımlı məlumat əlaqəsini təmin edən təxminən 120 trilyon elektrik əlaqəsi qurur. Tək bir əlaqə xətası və ya qısaqapanmanın bu inanılmaz biokomputer üçün necə faciəvi ola biləcəyini təsəvvür etmək çətin deyil.

“Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaqlar, gözlər və ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. (Nəhl, 16/78)

Quranın 14 əsr əvvəl nazil edilmiş ayəsi bugünkü tibb elmi ilə tamamilə uyğundur. Hamiləliyin son anlarına yaxınlaşdıqda qadının vəzləri bir sıra ifrazatlar əmələ gətirir və bu ifrazatlar bir çox xüsusiyyətlərə malikdir. Onlardan bəziləri uşaqlığın büzülməsinə və yumşalmasına səbəb olur, bəziləri dölün yerindən çıxmasına şərait yaradır, bəziləri körpənin normal formada doğulmasına kömək edir.

Döş süd vəzi olduğundan hamiləliyin son anlarında və doğuşun əvvəlində də bəzi ağ və sarımtıl mayelər ifraz edir və “təsadüfən” bu mayedə uşağı müxtəlif xəstəliklərin mikroblarından qoruyacaq mürəkkəb tərkibli kimyəvi maddələr olur.

İnsan orqanizmi dəyişən vəziyyətlərə uyğunlaşmaq qabiliyyətinə malikdir. Qadın hamiləliyinin son anlarına çatdıqda müxtəlif orqanlar uşaqlığın ağzına doğru xüsusi ifrazat hasil etməyə başlayır. Beləliklə, uşaqlığın ağzındakı toxumalar bu cərəyanlar sayəsində yumşalır və elastik olur. Uşağın doğulmasını və ana bətnindən çıxmasını asanlaşdırır. Ancaq doğumun yaxınlaşması dövrü istisna olmaqla, bu cür ifrazatlar müşahidə edilmir.

İnsanın toxumunun ana bətnində formalaşması ilə bağlı baş verən proseslərin milyonda bir hissəsindən danışdıq. Yəni, insan möhtəşəm möcüzələr sayəsində dünyaya gəlir.

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see249

Güləş Federasiyasının sabiq vitse prezidenti vəfat edib

21 May 2025 21:56see199

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see187

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see141

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see134

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see131

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see130

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see127

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see127

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see126

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see124

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see124

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see123

Rubio etiraf edir...

21 May 2025 19:47see123

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see120

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see119

Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir

21 May 2025 21:57see118

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see117

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see115

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var

22 May 2025 16:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri