Icma.az
close
up
RU
“Yoxsa, onlara “müxtəlif Putinlər” göstəriş verir?” “Hər hücuma, “güzgü effekti” ilə əks hücumla cavab verəcəyik”

“Yoxsa, onlara “müxtəlif Putinlər” göstəriş verir?” “Hər hücuma, “güzgü effekti” ilə əks hücumla cavab verəcəyik”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Rusiyat təbliğat ruporları Azərbaycanla münasibətlərdəki böhranın əsasında duran səbəbləri səsləndirmirlər“.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qonşu ölkədən Azərbaycanın ünvanına səslənən təhdidləri “Facebook” səhifəsində şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, rus təbliğatçılarının “Rusiya Cənubi Qafqazdan sıxışdırılır” hay-küyü əsassızdır: “Sual yaranır – kim sıxışdırır? Azərbaycan? Təbii ki, yox. Çünki onun ərazisində “sıxışdıracağı” kimsə yoxdur. Ermənistandan fərqli olaraq bizim Rusiya ilə birgə nə hərbi bazamız, nə sərhədçilərimiz, nə birgə hava hücumundan müdafiə sistemimiz var. Heç bu məsələ ilə bağlı rəsmi açıqlama da verilməyib. O zaman rus təbliğatçıları niyə bizi hədələyir?”

Sabiq nazir səsləndirilən daha bir tezisə toxunub. Yayılan digər tezisdə isə vurğulanır ki, “Azərbaycanda Rusiya ilə sərhəddə NATO-nun hərbi bazası yaradılır”.

“Tamamilə məntiqsiz və gecikmiş ittihamdır. Hamıya məlumdur ki, 90-cı illərin əvvəllərindən Rusiya Ermənistanın rəsmi və hüquqi cəhətdən rəsmiləşdirilmiş hərbi müttəfiqi olub. Azərbaycan təhdidləri neytrallaşdırmaq üçün Türkiyənin hərbi müttəfiqinə çevrilib. Bu müddəa çoxlu sayda ikitərəfli sənədlərdə, o cümlədən “Şuşa Bəyannaməsi”ndə öz əksini tapıb. Rusiya bunu bilirdi. Hətta Rusiya prezidenti də bununla bağlı bəyan etdi ki, Azərbaycanın suveren seçimi SSRİ-nin dağılmasının nəticəsidir. Bu o deməkdir ki, Rusiya rəhbərliyi Azərbaycanla Strateji Qarşılıqlı Fəaliyyət Bəyannaməsini imzalayarkən NATO üzvü olan ölkə ilə müdafiə alyansı yaratmağı buna maneə hesab etməyib. Bəs indi niyə belə isterika var?”- deyə T.Zülfüqarov sual edib.

“Nə üçün anti-Azərbaycan kampaniyasında xarici siyasət sahəsində bəyanatlar vermək səlahiyyəti verilmiş Rusiyanın rəsmi strukturları iştirak etmirlər? Niyə bu təzyiqlər təhlükəsizlik qurumları və iqtidar təbliğatçıları səviyyəsində baş verir? Belə çıxır ki, “Kreml qüllələri” bu məsələdə həmrəy deyillər. Yoxsa, onlara “müxtəlif Putinlər” göstəriş verir?”- deyə, sabiq nazir vurğulayıb.

R.Zülfüqarovun fikrincə, bir sıra məqamlar belə qənaətə gəlməyə əsas verir ki, təzyiq kampaniyası kölgədə qalan strukturlar vasitəsilə ölkəmizdə ictimaiyyətin yüksək səviyyədə konsolidasiyasını pozmaq məqsədi daşıyır: “Azərbaycanın da taktiki xətti müəyyənləşib – bizə qarşı hər hücuma, “güzgü effekti” ilə əks-hücumla cavab verəcəyik. Rusiya tərəfi bundan bezənə qədər…”

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see199

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see193

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see180

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see178

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see168

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see156

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see135

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see135

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see131

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see131

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see130

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see130

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see129

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see125

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see123

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

11 Avqust 2025 18:39see120

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see120

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see118

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see118

“İndi sülh üçün real şansın olduğu zamandır” Zelenski

11 Avqust 2025 19:31see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri