Icma.az
close
up
RU
Elmi fantastika deyil, həqiqət Güzgü həyat: Ümid, yoxsa təhdid?

Elmi fantastika deyil, həqiqət Güzgü həyat: Ümid, yoxsa təhdid?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada bənzəri olmayan bir canlı struktur yaratmaq mümkündürmü? Bəs bu struktur təbii ekosistemə qarışsa nə olacaq? Elmi fantastika filmlərindən çıxmış kimi görünən bu suallar artıq yalnız xəyaldan ibarət deyil. 

Qaynarinfo xəbər verir ki, laboratoriya şəraitində hazırlanmış "güzgü həyat" əsaslı orqanizmlər elm dairələrində həm böyük maraq, həm də ciddi narahatlıq yaradır. Mütəxəssislər xəbərdarlıq edir: "Qlobal səviyyədə fəlakətə yol aça bilər!"

"Güzgü həyat" (mirror life) təbiətdəki molekulların simmetrik surətlərindən təşkil olunmuş nəzəri həyat formalarına verilən addır. Bu strukturlar təbiətdə hələlik təbii olaraq mövcud olmasa da, laboratoriya şəraitində bəzi əsas tərkib hissələri uğurla sintez edilib.

Stanford Universitetinin hazırladığı əhatəli texniki hesabat isə bu eksperimental orqanizmlərin təbiətə buraxılması halında geri dönməz zərərlər verə biləcəyi barədə xəbərdarlıq edir. Ekspertlər bildirirlər ki, bu sintetik həyat formaları ekosistemləri işğal edə, immun sistemlərini aşa və nəzarətsiz şəkildə yayıla bilər.

İnkişaf etdirilən süni bir hüceyrə

Minnesota Universitetindən sintetik bioloq Keyt Adamala laboratoriyasında inkişaf etdirdiyi süni hüceyrə bu sahədə ən diqqət çəkən nümunələrdən biridir.

Molekulyar quruluşu təbiətdəki hüceyrələrin sanki güzgü görüntüsü olan bu hüceyrələr əvvəlcə dərman inkişafı və biotexnologiya sahəsində inqilabi potensiala malik hesab edilirdi. Lakin bir sual bütün işləri fərqli istiqamətə yönəldib: "Bu hüceyrə təbiətə sızsa nə olar?"

İnsanlar və heyvanlar üzərindən naməlum təsirlər yarana bilər

Stanford Universiteti tərəfindən hazırlanmış 300 səhifəlik texniki hesabatda bu yeni həyat formalarının təbiətə qarışması halında ciddi nəticələr doğura biləcəyi vurğulanır. "Nature" jurnalında yayımlanan məqaləyə görə, bu süni orqanizmlər təbiətdə təbii düşməni olmayan invaziv növlər kimi davranaraq ekosistemlərə dağıdıcı təsir göstərə bilər.

Üstəlik mövcud immun sistemlər bu orqanizmləri tanımadığı üçün xüsusilə insanlar və heyvanlar üzərində naməlum təsirlər yarana bilər. Nobel mükafatı laureatı kimyaçı Cek Şostak hesabatda qeyd edib: "Bu orqanizmlərin nəzarətsiz şəkildə yayılması halında nəticələr qlobal miqyasda fəlakət ola bilər".


Elm dünyası iki hissəyə bölünüb: xərçəng dərmanları üçün ümid?

"Güzgü həyat"la bağlı fikir ayrılıqları keçən həftə İngiltərədə keçirilən beynəlxalq elmi toplantıda da açıq şəkildə göründü. Dəstək verənlər bu orqanizmlərin xüsusilə xərçəng dərmanları və nevroloji xəstəliklər üçün ümid vəd etdiyini bildirirlər. Tənqidçilər isə bu potensialın eyni zamanda bioloji təhdidə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.

Biyokimyəçi Sven Klussmann bildirib: "Riskləri görməzdən gəlmək düzgün deyil. Lakin tədqiqatları çox erkən dayandırmaq da panika olar". O, diqqətli bir tarazlığa çağırış edib.

"Hürriyet" mövzunu Sabancı Universiteti Mühəndislik və Təbii Elmlər Fakültəsi, Molekulyar Biologiya, Genetika və Biyomühəndislik proqramı müəllimi dos. dr. Oğun Adebali ilə müzakirə edib.

"Güzgü həyat" orqanizmləri nədir?

Oğun Adebali deyib: "Bir molekulun üçölçülü quruluşunu düşünün. Əgər həmin molekulun agüzgüdəki şəkli orijinal molekulla üst-üstə düşmürsə (yəni biri digərinə tam uyğun gəlmirsə), bu zaman əlimizdə güzgü molekul var. Məsələn, bir əlimizi molekul kimi qəbul etsək, o biri əlimiz onun güzgü molekuludur. "Güzgü həyat" isə bütün hüceyrəvi molekulların güzgü versiyalarından istifadə olunması ilə yaranan formadır".

"Həyatda qalmaq mübarizəsində üstün ola bilərlər"

Bu tip orqanizmlər təbiətdə yaşaya bilərmi, yoxsa yalnız laboratoriya şəraitindəmi fəaliyyət göstərirlər? Oğun Adebali deyib: "Əlbəttə yaşaya bilərlər. Xüsusilə tam simmetrik molekullara sahib olmaları onlara təkamül baxımından üstünlük gətirə bilər. Mövcud növlər onlardan istifadə edə bilməyəcək, həyatda qalmaq mübarizəsində bu günkü növlərlə müqayisədə üstün olacaqlar".


"İnvasiv növlər kimi davranma ehtimalı yüksəkdir"

"Nature" jurnalında dərc olunmuş məqalədə bu orqanizmlərin təbiətdə çox sürətlə yayıla bilən və mövcud immun sistemlərdən qaça bilən "invaziv növlər" kimi davranacağı narahatlığı ifadə edilir. Bundan əlavə, "güzgü həyat" orqanizmlərinin ətraf mühit üçün fəlakət yaradabiləcəyi ehtimalı da diqqətə çatdırılıb. Bu barədə nə düşünürsünüz?

Dos. dr. Oğun Adebali bildirib:: "Güzgü həyat" orqanizmlərinin quruluşu səbəbindən təbii orqanizmlərin hədəfi olmamaları onların invaziv növlər kimi davranma ehtimalını yüksək edir. Bu, həyatı mütləq şəkildə təhdid edən bir amildir. Xüsusilə tamamilə güzgü molekullara malik, öz-özünə çoxala bilən bir orqanizm yaradıldıqda, həmin növün ekoloji fəlakətə səbəb olma ehtimalı kiçik hesab edilə bilməz".

"Buna hazır olmaq çox çətindir"

Alberta Universitetindən kimya biologu Ratmir Derda bəzi molekulların dünyada artıq mövcud olduğunu və insan orqanizminin bəzi güzgü görüntülü komponentləri tanıya biləcək şəkildə təkamül keçirdiyini bildirib: "Bəzi həyat formaları bunlardan artıq istifadə edir. Buna görə tamamilə hazırlıqsız olduğumuzu demək ədalətsizlik olar".

Dos. dr. Oğun Adebali isə bildirib: "Bu yalnız çox məhdud sayda molekul üçün doğrudur; lakin tamamilə güzgü molekullara sahib bir orqanizmin varlığına tam hazırlıqsızıq. Buna hazırlaşmaq da çox çətindir".


"Xərçəngi hədəfləmək üçün istifadə edilə bilər"

Əgər bu texnologiyada uğura nail olunsa, gündəlik həyatımıza necə əks olunacaq? Dərman inkişafında istifadə ediləcəyi deyilir — bu tək faydasıdır, yoxsa başqa potensial xeyirləri də var?

Dos. dr. Oğun Adebali bildirib: "Bioloji təhlükəni bir kənara qoysaq, bu molekullar immun sistemimizdən də qaça biləcəkləri üçün xərçəng kimi xəstəlikləri hədəfləməkdə nəzəri olaraq istifadə oluna bilərlər. Bunun üçün güzgü orqanizm əvəzinə güzgü molekullardan istifadə etmək daha doğru olardı. Yetərli tədbirlər görülmədən öz-özünə çoxala bilən bir güzgü orqanizmin mövcudluğu faydadan çox zərər gətirə bilər".

"Bioloji silah kimi istifadə oluna bilər"

"Güzgü həyat" üzərində aparılan tədqiqatların hərbi və ya bioloji silah potensialı varmı?

Dos. dr. Oğun Adebali bildirib: "Əlbəttə olar. Buna görə də "güzgü həyat" yaratma təşəbbüsləri ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Qayda-qanunlarla sıx bağlı olmalı, icazəsiz inkişaflar qarşısı alınmalıdır".

Bu texnologiya 10–20 ilin içində gündəlik həyatımıza daxil olar, yoxsa elmi fantastika olaraq qalarmı?

Dos. dr. Oğun Adebali potensial təhlükələrin tamamilə aradan qaldırılacağına inanmır: "Güzgü molekullardan istifadə ediləcək, lakin güzgü orqanizmin yaradılmasına icazə veriləcəyini düşünmürəm. Texnoloji baxımdan inkişafının qarşısında əsas maneə olmasa da, "güzgü həyat" ideyası insanlığın təmkinliyi sayəsində elmi fantastika kimi qalacaq".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri