Icma.az
close
up
RU
Yoxsul ölkələr Çinə 22 milyard dollar verəcəklər

Yoxsul ölkələr Çinə 22 milyard dollar verəcəklər

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Onlarla həssas ölkə Çinə olan borcunu tezliklə ödəmək məcburiyyətində qalacaq. Ümumi borc məbləğinin çoxdan 20 milyard dolları keçdiyi bildirilir.
Reyting.az
xəbər verir ki, bu barədə “Guardian” nəşri yazıb.
Avstraliyanın xarici siyasət analitik mərkəzi olan Lovy İnstitutunun təhlili göstərir ki, 75 ən yoxsul ölkə 2025-ci ildə Çinə rekord məbləğdə olan 22 milyard dollar borcunu qaytarmağa məcburdur.
Tədqiqatçılar bildiriblər ki, Çinin kreditləşməsi məhz ən çox ehtiyac duyulduğu anda yavaşlayıb, əksinə, ölkələrin onsuz da ciddi iqtisadi təzyiq altında olduğu bir vaxtda böyük xalis maliyyə axını yaradıb.
Kreditlər əsasən məktəb, körpü və xəstəxanalardan tutmuş əsas yollara, dəniz və hava limanlarına qədər milli layihələri maliyyələşdirən qlobal infrastruktur investisiya proqramı olan Si Cinpinin “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində verilib. Proqram Çini 2016-cı ildə ümumi kreditləri 50 milyard dolları ötməklə dünyanın ən böyük ikitərəfli kredit təminatçısı edib.
Proqram hökumətlərin sərmayə tapmaqda çətinlik çəkdiyi inkişaf etməkdə olan ölkələrə yönəlib. Lakin Çinin təsiri və nəzarəti ilə bağlı narahatlıqlar, eləcə də Pekinin ölkələri borc tələsinə salmaq istəməsi ilə bağlı ittihamları artırıb.
Çin hökuməti qəsdən borc tələləri yaratmaq ittihamlarını rədd edir və yardım alanlar da Çinin daha etibarlı tərəfdaş olduğunu və başqaları imtina etdikdə mühüm kreditlər verdiyini söyləyərək geri çəkilirlər.
Bununla belə, hesabatda Çinə olan rekord yüksək borcun “siyasi təsir” üçün istifadə oluna biləcəyi qeyd edilib və bunun Tramp administrasiyasının xarici yardımı kəsməsi ilə baş verdiyi bildirilib.
Həmçinin, ölkələrin Tayvandan üz döndərməsindən sonra 18 ay ərzində Honduras, Nikaraqua, Solomon adaları, Burkina Faso və Dominikan Respublikasına böyük yeni kreditlər verilib. Pekin Pakistan, Qazaxıstan, Laos və Monqolustanı, həmçinin Argentina, Braziliya və İndoneziya kimi əsas minerallar və metallar istehsal edən ölkələri də maliyyələşdirməyə davam edir.
Eyni zamanda, Çin həssas ölkələrin dayanıqsız borcunu restrukturizasiya etmək üçün diplomatik təzyiqlər və ölkənin iqtisadi tənəzzülü fonunda kreditlər tələb etmək üçün daxili təzyiq arasında qalıb.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri