Icma.az
close
up
RU
Yoxsulluq, vətəndaş müharibəsi: Aİİdən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir Xəbər saytı Son xəbərlər və Hadisələr

Yoxsulluq, vətəndaş müharibəsi: Aİİdən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyərək parlamentə göndərib.

Hökumətin iclasında çıxış edən ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu sənədin hazırlanmasının əsasında son illər Aİ ilə əlaqələrin dinamik və intensiv inkişafı dayanır. Onun sözlərinə görə, Aİ dəfələrlə Ermənistan hökumətinə siyasi dəstəyini ifadə edib və həmçinin Azərbaycanla sərhəddə yerləşdirilən Aİ monitorinq missiyasına istinad edərək regionda təhlükəsizliyin təmin olunmasında iştirak edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "NEWS.ru"da dərc olunan " Yoxsulluq, vətəndaş müharibəsi: Aİİ-dən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?" sərlövhəli məqalədə qeyd olunub.

"Ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bu sənədin hazırlanmasının əsasında rəsmi İrəvanın son illər Aİ ilə əlaqələrin dinamik və intensiv inkişafı ilə əlaqədar qəbul edilib.

Onun sözlərinə görə, Aİ dəfələrlə Ermənistan hökumətinə siyasi dəstəyini ifadə edib və həmçinin Azərbaycanla sərhəddə yerləşdirilən Aİ monitorinq missiyasına istinad edərək regionda təhlükəsizliyin təmin olunmasında" iştirak edib.

Baş nazir Nikol Paşinyan isə öz növbəsində qeyd edib ki, əsas məqsəd Ermənistanın Aİ ilə yaxınlaşma üzrə əməli işə hazır olduğunu göstərməkdir.

Göründüyü kimi, bəyanatlarının əsassız olmadığını nümayiş etdirmək əzmində olan Ermənistanın baş naziri elə həmin gün İrəvanda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüş keçirib.

Yanvarın 9-da Rusiya hökumətinin baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan hakimiyyətinin Aİ-yə qoşulma prosesinə başlamaq qərarı "Titanik"ə bilet almağa bərabərdir.

O, qeyd edib ki, İrəvan Avropa İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə çox şey itirəcək. Çünki o, Rusiyanın və ittifaqın digər üzvlərinin bazarına sərbəst çıxış imkanlarını itirəcək və bu, ciddi iqtisadi böhrana səbəb ola bilər", - məqalədə bildirilib.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov "NEWS.ru"ya bildirib ki, Ermənistan Aİ-yə daxil olsa, onda MDB-dən çıxmalı olacaq.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Aİ-yə daxil olmasının onun suveren hüququ olduğunu deyib, lakin əlavə edib ki, eyni zamanda həm Aİ, həm də Aİİ üzvü olmaq mümkün deyil.

"İki fərqli təşkilatın üzvü olmaq, hipotetik olaraq, sadəcə mümkün deyil. Burada bir gömrük sahəsi var, mal və xidmətlərin, insanların və kapitalın sərbəst hərəkəti zonası, müxtəlif normalar var", - Peskov deyib.

"Vahid Rusiya" fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodoletskinin sözlərinə görə, Aİİ sayəsində Ermənistan bu illər ərzində iqtisadiyyatını 15-17 % artıra bilib:

"Ermənistan rəsmiləri dərk etməlidirlər ki, Aİ Aİİ-nin hazırda təklif etdiyi imkanları təmin etməyəcək.

Təbii ki, iqtisadiyyat dağılacaq, insanlar yoxsullaşacaq, iğtişaşlar başlayacaq, vətəndaş müharibəsi baş verəcək.

İnsanların yeməyə heç nələri olmayacaq və əhalinin axını, ilk növbədə, təbii ki, Ermənistan vətəndaşlarının ən çox yaşadığı ölkələrə - Rusiyaya olacaq".

Maliyyə Analitikləri və Risk Menecerləri Gildiyasının Müşahidə Şurasının üzvü, iqtisadçı Aleksandr Razuvaev isə "NEWS.ru"ya bildirib ki, Aİ-yə daxil olandan sonra Ermənistan ümumiyyətlə dövlət kimi yaşaya bilməz.

Onun fikrincə, respublikanın sağ qalması üçün yeganə şans Rusiya ilə yaxşı münasibətlər saxlamaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Yanvar 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri