Yük maşının altında ölkəyə gəldi HƏBS EDİLDİ
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycana qanunsuz yolla qayıdan vətəndaş həbs edilib.
Modern.az-ın məlumatına görə, təqsirləndirilən şəxs 2023-cü ildə rəsmi qaydada Azərbaycanı tərk edərək Türkiyəyə gedib.
O, sənədləri itirdiyinə görə orada 7 ay həbs cəzası alıb. Cəza müddətini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıtmaq istəsə də, pasportu və digər rəsmi sənədləri olmadığı üçün bu mümkün olmayıb.
Qars şəhərindəki Azərbaycanın konsulluğuna müraciəti nəticəsiz qalan vətəndaş daha sonra qeyri-qanuni yollarla ölkəyə qayıtmaq qərarına gəlib. 27 sentyabr 2024-cü il tarixində, saat 03:00 radələrində İran İslam Respublikasının Biləsuvar şəhərindən Azərbaycana gələn yük nəqliyyat vasitəsinin altına gizlənərək sərhədi keçib. O, Biləsuvar sərhəd-keçid məntəqəsinin yaxınlığında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin qərarına əsasən, şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (dövlət sərhədini qanunsuz keçmə) ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub və 8 ay həbs edilib.
Elnur Əmirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 23 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















