Yük maşınlarının yanından dönərkən diqqətli olun, qəza törədə bilərsiz VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İri qabaritli nəqliyyat vasitələri ilə yanaşı hərəkət zamanı sürücülər xüsusilə diqqətli olmalıdırlar. Bu cür avtomobillərlə bağlı yanlış manevrlər ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov iri qabaritli nəqliyyat vasitələri avtobuslar və tirlər ilə bağlı sürücülərə mühüm xəbərdarlıq edib.
Onun sözlərinə görə, ən təhlükəli vəziyyət bu nəqliyyat vasitələrinin sağa döndüyü anlarda yaranır. Belə ki, iri qabaritli avtomobillər ölçülərinə görə döngəyə tam yerləşə bilmədiklərindən, bəzən sol zolaqdan sağa dönməyə məcbur olurlar. Bu isə ətrafdakı digər sürücülər üçün ciddi risk yaradır.
Məşqçi qeyd edib ki, iri qabaritli avtomobillərin sağ tərəfində “ölü zona” mövcuddur və sürücülər həmin hissəni tam görə bilmirlər. Nəticədə, xüsusilə döngələrdə bu avtomobillərin sağında hərəkət edən minik maşınları sürücüləri görünməz zonada qalaraq qəza riski ilə üzləşirlər.
Aqil Rəhimov bildirib ki, bəzi sürücülərin “o öz zolağı ilə dönür, mən də öz zolağımla keçim” düşüncəsi ilə hərəkət etməsi ciddi səhvdir. Çünki iri qabaritli avtomobil soldan dönüb sağ zolaqdan çıxa bilər və bu zaman onun sağ tərəfində olan minik avtomobili ilə toqquşma qaçılmaz ola bilər.
Mütəxəssis sürücülərə tövsiyə edib ki, döngələrdə iri qabaritli avtomobillərin nə sağında, nə də solunda hərəkət etsinlər, aralarına girməsinlər. Çünki bu nəqliyyat vasitələrinin sürücüləri həmin zonalarda olan avtomobilləri görməyə bilirlər.
“Unutmayın ki, onlar sizi görmürlər. Döngələrdə məsafə saxlayın və səbirli olun. Bu sizi ciddi təhlükədən qoruya bilər”, – deyə Aqil Rəhimov vurğulayıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 30 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















