Icma.az
close
up
RU
Yüklə dolu dərsliklər, anlaşılmaz təlim, süni imtahan və bol monitorinq: “Təhsil oyun deyil”

Yüklə dolu dərsliklər, anlaşılmaz təlim, süni imtahan və bol monitorinq: “Təhsil oyun deyil”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təhsil siyasəti oyun deyil. Amma görünür ki, kimlərsə bu reallığı ya anlamır, ya da bilərəkdən görməzdən gəlir. 

İngilis dili dərs saatlarının artırılması ilə bağlı verilmiş son təklif bir daha göstərdi ki, ölkədə strateji təhsil planlaması elmi əsaslara deyil, kabinet təfəkkürünə, mütəxəssis olmayanların şəxsi fikirlərinə söykənir.

Hər hansı bir sahədə dəyişikliyə gedərkən ilk şərt: müvafiq tədqiqatların olmasıdır. Lakin bu qərarın arxasında nə uşaq psixologiyasına, nə pedaqoji elmlərə, nə də beynəlxalq göstəricilərə əsaslanan bir sübut var”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, OECD-nin, UNESCO-nun və Education International kimi qurumların tövsiyələrinə görə, keyfiyyətli təhsil üçün tədris saatının çoxluğu yox, məzmunun dəqiqliyi, metodikanın düzgünlüyü və müəllimin hazırlıq səviyyəsi əsasdır: 

“Bu təşkilatların dəfələrlə qeyd etdiyi kimi, dərs yükünün çoxluğu uşaqlarda həm fiziki, həm də psixoloji tükənməyə səbəb olur. Azərbaycanda artıq 6-cı sinifdən etibarən bir şagirdin həftəlik 32-34 saat dərsi var. Bu Avropa ortalamasından təxminən 20-25% artıqdır.

Məsələn, Finlandiyada ibtidai və əsas pillədə həftəlik dərs saatı 20-24 arasındadır və onlar PISA nəticələrinə görə dünyanın ön sıralarındadırlar. Bizim uşaqlar isə hər gün 7-8 dərsdə fiziki olaraq tükənirlər. 

Yüklə dolu dərsliklər, anlaşılmaz təlim nəticələri, pərakəndə fənn proqramları, süni imtahan və monitorinq bolluğu. Belə bir sistemdə fənnin saatını artırmaq, sadəcə təhsilin yükünü daha da ağırlaşdırmaqdan başqa bir şey deyil. Üstəlik, bu saat artımı müəllimin əməkhaqqına cüzi təsir edə bilər, amma şagirdin qavrama səviyyəsinə sıfır dərəcəsində müsbət təsir göstərəcək”. 

Ekspertin sözlərinə görə, əgər doğrudan da ingilis dilinin tədrisi zəifdirsə — bu zəiflik onun dərs saatında deyil, təlim metodikasında, müəllimin hazırlığında, dərsliyin məzmununda və tətbiqi bacarıqların yoxluğundadır: 

“Bunu artırmaq əvəzinə, dərs saatını artırmaq mexaniki və diletant yanaşmadır. İngilis dilindən 6 il dərs keçib “My name is Aygün”dən o tərəfə keçə bilməyən şagirdlərimiz bunun bariz sübutudur. Azərbaycan təhsil sistemində təcili atılmalı olan addım dərs saatlarını artırmaq yox, yenidən qurmaqdır.

Bəzi fənlər birləşdirilməli, zəruri olmayan fənlər ixtisar edilməli, proqramlar yüngülləşdirilməlidir. Dərsliklərdəki informasiya yükləri azaldılmalı, əzbərləmə deyil, düşünmə əsaslı məzmun formalaşdırılmalıdır. Bunun üçün məktəbdə öyrənməyə dəyər mühit qurulmalı, müəllimlərə real təlim, metodik dəstək verilməlidir. 

Hazırkı qərar sübut edir ki, təhsil siyasətini həyata keçirən təşkilatlarda strateji planlama yox səviyyəsindədir. Təhsil təkcə dərs saatı artırmaqla islah olmur. Bunun üçün tədqiqat, pedaqoji baxış, psixoloji yanaşma və beynəlxalq təcrübənin analizinə əsaslanan kompleks islahat modeli tələb olunur.

Təhsildən xəbərsiz olanların verdiyi qərarlarla bu ölkənin gələcəyi təhlükə altına atılır. Təhsili oyuncağa çevirənlər sabah cəmiyyətin tənəzzülünə səbəb olacaqlar. Təhsil eksperiment meydanı deyil, cəmiyyətin onurğa sütunudur. O sütunu bu cür dayaz yanaşmalarla qırmaq olmaz”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri