Icma.az
close
up
RU
Yüksək bal toplayan abituriyent: Atam kimi savadlı həkim olmaq istəyirəm

Yüksək bal toplayan abituriyent: Atam kimi savadlı həkim olmaq istəyirəm

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 iyun, Aysel Azadqızı, AZƏRTAC

2025-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə ən yüksək nəticəsini göstərən abituriyent Aylin Xəlilova olub. O, 697.5 bal toplayıb.

Təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşən Aylin bildirir ki, imtahana hazırlıq prosesinə 10 və 11-ci siniflərdə repetitor dəstəyi ilə başlasa da, təməli çox əvvəldən qoyulub: “Birinci sinifdən bəri yaxşı oxuyan şagird olmuşam. Dərsə münasibətim həmişə ciddi olub. Sadəcə, texnikiyönümlü olduğum üçün humanitar fənlərdən, xüsusilə Azərbaycan dilindən bir qədər çətinlik çəkirdim. İmtahanda səhv cavab verdiyim sual da məhz Azərbaycan dilindən oldu”.

Aylin gələcək planları barədə danışarkən deyir ki, tibb sahəsini seçməsi təsadüfi deyil: “Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə təhsil almağı planlaşdırıram. Özümü gələcəkdə həkim kimi görürəm. Atam da həkimdir və mən onun kimi savadlı, məsuliyyətli bir mütəxəssis olmaq istəyirəm. Bakalavriat səviyyəsini burada başa vurduqdan sonra Almaniyada təhsilimi davam etdirməyi planlaşdırıram”.

Müsahibimiz yüksək nəticə əldə etsə də, bu yolda yalnız oxumağın kifayət etmədiyini düşünür: “7/24 dərs oxumaq məncə düzgün deyil. İnsan həm dərslərinə, həm dostlarına, həm də öz istirahətinə vaxt ayırmalıdır. Mən də çalışırdım ki, düzgün vaxt bölgüsü ilə hər şeyi çatdırım”.

Hobbi və məşğuliyyətlərə gəlincə, Aylin açıq danışır: “Hobbim olmayıb. Boş vaxtlarımda sosial şəbəkələrdə vaxt keçirirdim, dostlarımla görüşürdüm. Bu da mənim üçün bir növ enerji mənbəyi idi”.

Qeyd edək ki, Aylin Xəlilova biologiya üzrə respublika fənn müsabiqəsində gümüş medala layiq görülüb. Qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatdan keçmədiyini bildirən abituriyent deyir: “Maksimal nəticə əldə etdiyim üçün ikinci mərhələdə iştirak etməyə ehtiyac duymuram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri