“Yüksək temperaturda donma olubsa, deməli, həmin yanacağın içində su molekulları olub” AÇIQLAMA
Pravda.az-dan verilən məlumata görə, Icma.az xəbər verir “Yüksək temperaturda donma olubsa, deməli, həmin yanacağın içində su molekulları olub” AÇIQLAMA.
Sosial şəbəkələrdə dizel yanacağının donması nəticəsində TIR sürücülərinin qarlı havada yolda qalmaları ilə bağlı görüntülər müzakirə yaradıb. Hadisənin hansı ərazidə baş verdiyi isə məlum deyil.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pravda.az-a açıqlamasında deyib ki, hadisənin paytaxtda, yaxud dağ rayonlarında hansı temperaturda olması məlum deyil:

“Dizel donur. Buna görə də Rusiya, Monqulstan, o cümlədən Qazaxıstanda, bəzən də Qırğızıstanda “yüksək şaxtaya dözümlü dizel” deyilən marka da var. Həmin dizel adi dizeldən fərqlənir. Qiyməti də fərqlidir. Təxminən, Aİ-95 markalı benzin qiymətindədir. Bəzən tələbat artanda bundan da yüksək qiymətə olur. Kimsə dizel mühərrikli maşınını Qusar rayonunda, Zaqatalada, Lerikin hansısa kəndlərində saxlayıbsa, həmin ərazilərdə havanın temperaturu mənfi 20 dərəcə olub. Bu temperatur kritikdir. Şaxtaya dözümlülük temperatur mənfi 20 dərəcədən yüksək olanda başlayır. Yüksək temperaturda hansısa donma olubsa, deməli, həmin yanacağın içində su molekulları olub. Buna görə də hadisənin hansı temperaturda baş verdiyini əvvəlcə ayırd etmək lazımdır”.
Aytəkin Qardaşova

