Icma.az
close
up
RU
Yüksələn xətlə inkişaf edən Azərbaycan İran əlaqələri

Yüksələn xətlə inkişaf edən Azərbaycan İran əlaqələri

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Məlum olduğu kimi, ölkəmiz dünya birliyində layiqli yer tutmaqla yanaşı, regional müstəvidə də mövqeyini möhkəmləndirir. Xarici siyasətdə prioritet istiqamətlərin düzgün müəyyənləşdirilməsi, bir çox dövlətlərlə qurulan əlaqələr ölkəmizi dünyada söz və nüfuz sahibinə çevirir. Prezident İlham Əliyevin Çinə dövlət səfərini buna misal göstərmək olar. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri sadəcə diplomatik protokol hadisəsi deyil, həm də dövlətlərarası münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirən mühüm siyasi gedişdir.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin dəvəti ilə İran dövlət başçısı Məsud Pezeşkianın Bakıya səfəri son illər soyuyan münasibətləri normallaşdırmağa, iqtisadi, ticari, enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarını genişləndirməyə təkan verəcək. Səfərin məqsədi əsasən tarixi, mədəni və sosial əlaqələri möhkəmləndirməyə yönəlsə də, nəqliyyat, enerji və iqtisadi sahələrdə də yeni müqavilələr imzalandı. Ölkəmizə səfər etməmişdən öncə Azərbaycan Televiziyasına müsahibəsində İran prezidenti ikitərəfli əlaqələrin inkişafına dair açıqlama verib. Səhiyyə, müalicə, dərman, tibbi təchizat, sənaye, ticarət mədəniyyət və idman sahələrində əməkdaşlığın mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib. Qeyd etmək lazımdır ki, Azərbaycana ilk səfəri bir çox məqamlarla yaddaqalan Məsud Pezeşkian Bakıya heyranlığını bildirib. Onun "Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm" deməsi də münasibətlərin yüksək inkişaf mərhələsindən və doğmalığından xəbər verir. İran dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında - "Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam. Burada mən özümü yad hiss etmirəm. Hazırda İranda baş verən partlayışa görə çox qala bilmirəm", - deyə bildirib. Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla birgə iştirak etdiyi Azərbaycan-İran biznes forumunda qeyd edib ki, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu mənada, İran Prezidentinin Azərbaycana rəsmi səfəri regional və mehriban qonşuluq münasibətlərinin yeni arxitekturasının yaradılması istiqamətində atılan mühüm addımlardır. Eyni zamanda səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional sabitliyin bərqərar olması və iki ölkənin ümumi imkanlarından istifadə istiqamətində praktiki addım kimi qiymətləndirilməlidir. Bu, həmçinin Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa xidmət edə biləcək potensialdır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan-İran münasibətləri hər zaman sıx olub. İki qonşu dövlət arasında 1990-cı illərin əvvəllərində bir az soyuqluq olsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra normallaşdı. 1993-cü ildə İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin Azərbaycana, bir il sonra isə ulu öndər Heydər Əliyevin Tehrana rəsmi səfəri zamanı imzalanmış sənədlər İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasına təkan verdi və dövlətlərarası əlaqələrin hüquqi bazasını yaratdı.

1996-cı ilin may ayında ümummilli lider Heydər Əliyevin İrana növbəti rəsmi səfəri çərçivəsində dövlətlər arasında bir sıra iqtisadi məsələlərin həlli istiqamətində razılıq əldə olundu. Qarşılıqlı səfərlər və bağlanan müqavilələr həm Azərbaycan, həm də İranın sosial-iqtisadi həyatında mühüm əhəmiyyət daşıyırdı. Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabr ayında Tehranda keçirilən İslam Konfransı Təşkilatının zirvə görüşündə iştirakı ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadı. 2002-ci il mayın 18-də Prezident Heydər Əliyev İrana növbəti səfərini artıq dost ölkəyə gediş kimi qiymətləndirdi. Həmin səfərdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında yeni memorandum imzalandı. Bu ənənələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha müasir çalarlarla, ayrı-ayrı dövlətlərə nümunə ola biləcək tərzdə davam etdirilir. Ümumiyyətlə, ölkələrin uğurlu inkişafını şərtləndirən fundamental amillər sırasında qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması mühüm şərtdir. Azərbaycan bütün zamanlarda qonşu İranla münasibətlərə xüsusi önəm verib. Ölkələrimizin yerləşdiyi coğrafiya kommunikasiyalar və digər parametrlər baxımından son dərəcə əlverişli, həmçinin resurslarla zəngin region olduğu üçün həmişə diqqət mərkəzində olub. Mövcud vəziyyətdə qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələri gələcək inkişafa, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icrasına töhfə verəcək. İstər Azərbaycan, istərsə də İran regional əməkdaşlıq formatına böyük dəyər verir. Azərbaycan Prezidenti İlham Əliyev dost İranla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb.

Onu da qeyd edək ki, Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, yükdaşımalarda xərcləri azaldır, vaxtı qısaldır və təhlükəsizliyi təmin edir. İndiyədək nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa yaxşı nümunədir. Hər iki ölkə Şimal-Cənub dəhlizində səylərini birləşdirib. Son illər Azərbaycan bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması, Ələt-Astara avtomobil yolunun yenidən qurulması buna bariz nümunədir. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Ən əsası, son aylar Azərbaycan-İran münasibətlərində yeni dinamika, müsbət inkişaf özünü göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri