Yuliya Timoşenkonun cinayət əməlini təsdiqləyən faktlar var
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Parlament üzvlərinə rüşvət verməkdə ittiham olunan Ukraynanın keçmiş baş naziri, müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkoya qarşı cinayət işi 2025-ci ilin noyabr ayının sonlarında açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya qarşı Mübarizə Prokurorluğunun rəhbəri Aleksandr Klimenko bildirib.
“İstintaq vasitəsilə parlament üzvlərinə rüşvət vermək cəhdləri barədə məlumat aldıq, artıq bunun baş verdiyini təsdiqləyən gizli istintaq protokolları əlimizdə idi. Buna görə də Baş prokurorla əlaqə saxladıq və o, noyabrın 27-də bu faktla bağlı məlumatları Məhkəməyəqədər İstintaqların Vahid Reyestrinə daxil etdi”, - o bildirib.
Kiyev məhkəməsi yanvarın 16-da “Batkivşina” partiyasının sədrinə qarşı qətimkan tədbiri kimi 33,3 milyon qrivna (təxminən 760 min dollar) həcmində girov təyin edib.
Ukrayna Korrupsiyaya qarşı Mübarizə Bürosu yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Yanvar 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















