Icma.az
close
up
RU
“Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”

“Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür!”

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avropa Parlamentinin aprelin 30-da qəbul etdiyi “qətnamə” bir daha göstərdi ki, bu qurum regionda real vəziyyəti dəyərləndirməkdən daha çox siyasi sifarişlər əsasında hərəkət edir. Sənəddə yer alan iddiaların əsassız olduğu, faktlara deyil, qərəzli yanaşmalara söykəndiyi açıq görünür”.
Bunu Bizim.Media-ya açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib.
Seymur Verdizadə qeyd edib ki, qətnamə adlandırılan bu kağız parçası yalnız Azərbaycana qarşı deyil, bütövlükdə Cənubi Qafqazda formalaşmaqda olan sabitliyə və sülh prosesinə qarşı yönəlmiş addımdır. Bu isə onu deməyə əsas verir ki, Avropa Parlamenti regionda yaranan yeni reallıqları qəbul etmək istəmir və köhnə, artıq iflasa uğramış yanaşmalarla proseslərə təsir göstərməyə çalışır.
Jurnalist avropalı deputatlara sual ünvanlayıb:
“Niyə bu “həssaslıq” və “insan haqları narahatlığı” 30 il ərzində görünmürdü? Azərbaycan torpaqları işğal altında olanda, 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşəndə Avropa Parlamenti harada idi? Niyə həmin dövrdə bircə dəfə belə qətnamələr qəbul olunmadı? Hətta Xocalı qətliamı baş verəndə belə bu qurumdan ciddi reaksiya gəlmədi. Bu gün isə eyni qurum selektiv yanaşma sərgiləyərək birtərəfli mövqe ortaya qoyur və regiondakı reallıqları təhrif etməyə çalışır. Bu, açıq-aşkar ikili standartların, siyasi riyakarlığın bariz nümunəsidir”.
Seymur Verdizadə təəssüflə qeyd edib ki, Avropa Parlamenti bir tərəfdən “ədalət” və “hüquq”dan danışır, digər tərəfdən isə Xocalı cəlladlarının azadlığa buraxılması ilə bağlı çağırış edir:
“İki yüz min Qərbi azərbaycanlının öz doğma torpaqlarına qayıdışı məsələsi isə ümumiyyətlə gündəmə gətirilmir. Halbuki beynəlxalq hüquq baxımından həmin insanların da geri dönməyə haqqı var. Qarabağı könüllü şəkildə tərk edən bir ovuc erməninin şəxsi seçiminə siyasi rəng verən Avropa Parlamentinin illərdir “Göyçə, Zəngəzur” deyib haray çəkən onminlərlə insanı “görməməsi” hüquqa, nə ədalətə, nə də insani dəyərlərə sığır. Yumşaq desək, bunun adı riyakarlıqdır, ikiüzlülükdür”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 May 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri