“Yumurcak” filmlərindəki tərəf müqabilim, hər şeyim…” FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Aktyor İlker İnanoğlu anası Filiz Akına vida paylaşımı edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabındakı paylaşımında mərhum anası ilə bağlı bunları yazıb:
"Canım anam, ən yaxın dostum, sirdaşım Filiz Akın... Bu dünyada məni ən çox sevən insan, "Yumurcak" filmlərindəki tərəf-müqabilim, hər şeyim... Zərifliyin, kübarlığın, mərhəmətin və əlbəttə inanılmaz gözəlliyinlə ölkəmizin insanlarının qəlbində taxt qurdun, kraliça oldun. Səninlə vidalaşmaq çox çətindir... Allah rəhmət eləsin, məkanın cənnət olsun. Nəvən Alecin dediyi kimi cənnətdəki ən uzun ağacın altında görüşərik. Orada bizi gözlə. Səni hər şeydən çox sevən oğlun İlker İnanoğlu və nəvən Alec Berker İnanoğlu. Bütün sevənlərinə başsağlığı veririk".
Qeyd edək ki, İlker "Yeşilçam"ın məşhur "Yumurcak" filmində anası Filiz Akınla birgə rol alıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 24 Mart 2025 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















