Yumurta liderləri 10 luqda Türkiyə və Pakistan da var
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya qlobal yumurta istehsalçılarından birinə çevrilib. Ölkə 2024-cü ildə dünyanın əsas yumurta istehsalçıları arasında yeddinci yerdə qərarlaşıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Nəşr BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinad edib.
İctmaiyyətə açıq olan son mövcud məlumatlara görə, 2024-cü ildə qlobal yumurta istehsalı 1,78 trilyona çatıb ki, bu da adambaşına orta hesabla 214 yumurta edir.
Konkret olaraq hazırda müharibə şəraitində olan Rusiyaya gəldikdə isə, bu ölkədə 46,4 milyard yumurta istehsal olunub ki, bu da qlobal ümumi istehsalın 2,6%-ni təşkil edir. Ölkədə adambaşına düşən yumurta istehsalı 317 ədəd təşkil edib.
Çin 617,1 milyard yumurta və ya qlobal istehsalın 34,8%-i ilə dünyada bu sahədə liderlik edib. İlk beşliyə həmçinin 8,3% payla Hindistan, 8,2% ilə İndoneziya, 6,1% ilə ABŞ və 3,7% ilə Braziliya daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 22 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















