Icma.az
close
up
RU
Yumurta ucuzlaşa bilər

Yumurta ucuzlaşa bilər

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, ötən il Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edib, bunun hesabına 11 milyon ABŞ dollarına yaxın gəlir əldə edib. 2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,8 % çoxdur. Ötən il 12 milyon 686,8 min ədəd damazlıq, 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23 % artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10,6 milyon ABŞ dolları valyuta daxil olub.
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın son illərdə yerli istehsalın inkişafı baxımından diqqət çəkən və ümidverici sahələrindən biri quşçuluq və yumurtaçılıq sektorudur:
“Bu sahə həm struktur baxımından ciddi şəkildə formalaşıb, həm də daxili tələbatın ödənilməsində fəal rol oynayır. Artıq ölkə üzrə yumurta və quş əti istehsalı böyük ölçüdə daxili bazarın ehtiyaclarını qarşılamaq gücündədir. Son illərdə ixrac istiqamətində də mühüm nəticələr əldə olunub ki, bu da sektorun inkişaf potensialını açıq şəkildə göstərir və təqdirəlayiqdir. Lakin buna baxmayaraq, quşçuluq təsərrüfatları bir sıra ciddi problemlərlə üz-üzədir. Xüsusilə bəzi maneələr sektorun inkişafına mənfi təsir göstərir. Mövcud şəraitdə təsərrüfatların genişlənməsi, yeni istehsal sahələrinin qurulması və müasir küməzlərin tikilməsi vacibdir. Bu addımlar həm daxili tələbatın tam ödənilməsi, həm də ixrac imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Halbuki, sahədə fəaliyyət göstərən sahibkarlar artıq kifayət qədər təcrübə toplayıb, peşəkar kadr potensialı formalaşıb və real nəticələr əldə edilib. Buna baxmayaraq, inkişaf prosesi ləngiyir. Xüsusilə yeni küməzlərin tikintisi zamanı torpaq təyinatının dəyişdirilməsi ilə bağlı çətinliklər, yerli icra hakimiyyəti və şəhərsalma strukturlarının yaratdığı maneələr sahibkarların fəaliyyətini çətinləşdirir”.
O bildirib ki, quşçuluq sektoruna daha ciddi dövlət dəstəyi göstərilərsə, bazarda qiymət artımının qarşısını almaq mümkün olar:
“Yem, dərman vasitələri və texniki avadanlıqların qiymətlərində artım müşahidə olunur və ölkədə inflyasiya amili də təsirsiz ötüşmür. Bununla belə, yerli istehsalın güclü olması qiymətlərin sabit qalmasında mühüm rol oynayır. Hər bir təsərrüfatın əsas məqsədi rentabelli fəaliyyət göstərmək olsa da, daxili tələbatın yerli imkanlar hesabına ödənilməsi strateji baxımdan böyük uğurdur. Qida təhlükəsizliyinin təmin olunması və qiymət sabitliyinin qorunması baxımından bu sahənin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. Quşçuluq sektoru ölkədə əldə olunan real uğurların nümunəsi kimi qiymətləndirilə bilər və bu uğurların qorunub saxlanılması vacibdir. Bu nəticələrin əldə olunmasında Quşçular Birliyinin rolu xüsusilə qeyd olunmalıdır. Birliyin fəaliyyəti nəticəsində sahədə təşkilatlanma güclənib, dövlətlə sahibkarlar arasında dialoq formalaşıb. Sektorla hökumət arasında qurulan bu qarşılıqlı əlaqə əldə olunan uğurların əsasını təşkil edir. Ümid edilir ki, bu dialoq davamlı olacaq və gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına zəmin yaradacaq”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri