Icma.az
close
up
RU
Yunan lobbisindən Trampa “Türkiyə” məktubu: Sizdən 3 tələbimiz var..

Yunan lobbisindən Trampa “Türkiyə” məktubu: Sizdən 3 tələbimiz var..

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Amerikan Helenik İnstitutu (AHI) ABŞ Prezidenti Donald Trampa Türkiyə ilə bağlı məktub göndərib. Məktub, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfəri ilə eyni vaxta təsadüf edib və Trampa üç konkret tələb irəli sürülüb.  

Qaynarinfo Yeni Şafak-a istinadla xəbər verir ki, "Kathimerini” nəşri Fidanın ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşünü "Qeyri-müəyyənlik davam edir: Ankaranın F-35 prosesi” başlığı ilə yayımlayıb.  

Məqalədə qeyd olunub ki, Fidan görüş zamanı F-35 məsələsini və CAATSA sanksiyalarını müzakirəyə çıxarıb. Mənbələrə görə, Trampın müşavirləri qapalı görüşlərdə Türkiyəyə F-35 satışının asan olmayacağına dair zəmanət veriblər.  

Ağ Ev tək bir adamdan ibarətdir 

Məqalədə xüsusi vurğulanıb ki, bu məsələdə son qərar məhz Trampın əlindədir:  

"Vaşinqtonda artıq "Ağ Ev tək bir adamdan ibarətdir” anlayışı möhkəmlənib. Buna görə də, yekun qərar yalnız Tramp tərəfindən veriləcək".  

İsrail faktorunun təsiri  

"Kathimerini” həmçinin Tramp administrasiyası ilə yaxın əlaqələri olan İsrailin bu qərara təsir edə biləcəyini qeyd edib. İsrailin əsas arqumenti ondan ibarətdir ki, Suriyadakı son inkişaflardan sonra Türkiyə artıq İsrailin sərhəd qonşusuna çevrilib və bu səbəbdən Ankaraya yüksək hərbi texnologiyanın verilməsi İsrailin milli təhlükəsizliyinə ciddi təhdid yarada bilər.  

 AHI-nin Trampa məktubundakı tələblər  

Amerikan Helenik İnstitutu Trampa ünvanladığı məktubda aşağıdakı üç əsas məsələni vurğulayıb:  

1. Türkiyənin F-35 Birgə Hücum Təyyarəsi proqramına yenidən daxil olmasına icazə verəcək hər hansı bir addıma qəti şəkildə qarşı çıxmaq;  

2. Türkiyəni S-400 sistemindən tamamilə imtina etməyə təşviq etmək. (Bunun səbəbi ABŞ-ın güzəştə getməsi deyil, əvvəldən bu sistemin alınmasının ABŞ-ın maraqlarına zidd olması ilə bağlıdır);  

3. Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvinə qarşı çıxmaq.  

Məktubda həmçinin vurğulanıb ki, Ankara S-400-ləri tamamilə ləğv etsə belə, Türkiyənin F-35 proqramına geri dönməsi qəti şəkildə qəbul edilməməlidir.  

Tramp kompromis həll yolu axtarır?  

Fox News-un məlumatına görə, Tramp administrasiyası S-400 problemi ilə bağlı kompromis bir həll yolu üzərində işləyir. Mümkün variantlar arasında:  

- S-400 sisteminin qismən sökülməsi,  

- və ya Amerika hərbi bazalarından birinə köçürülməsi kimi seçimlər var.  

 1974-cü ildə Türkiyəyə silah embarqosu tətbiq etdirmişdilər  

Amerikan Helenik İnstitutu 1974-cü il avqustun 1-də ABŞ-ın Xəzinə Nazirliyinin müşaviri Yucin Rossides tərəfindən Türkiyənin Kipr əməliyyatına cavab olaraq yaradılıb. İnstitutun təzyiqləri nəticəsində 1974-cü ilin dekabrında ABŞ Konqresi Türkiyəyə silah embarqosu tətbiq edib. Həmin ay institut Cənubi Kipr Yunan Administrasiyası üçün 25 milyon dollarlıq konqres yardımı ayrılmasına da nail olub.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Mart 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri