Yunanıstanda mer yanğına görə saxlanılıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Yunanıstanın Paros adasında sanitariya tullantılarının basdırılması poliqonunda baş verən yanğının yaranma səbəblərinin araşdırılması ilə əlaqədar dörd nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Saxlanılanlar adanın meri, merin abadlıq işləri üzrə müavini, Tullantıların İdarə Olunması İdarəsinin podratçısı və zibil maşınının sürücüsüdür. Onlara ümumilikdə 8 min avrodan çox məbləğdə inzibati cərimə tətbiq edilib. Növbəti araşdırmalar üçün onlar prokurorluğa aparılacaqlar.
Bu arada, Yunanıstan ərazisində yanğınlar tüğyan edir və Krit adası da daxil olmaqla, bir sıra regionlarda "qırmızı" təhlükə səviyyəsi elan edilib. Güclü külək yanğının söndürülməsini əhəmiyyətli dərəcədə çətinləşdirərək, onun sürətlə yayılmasına və davamlı olaraq yenidən alovlanmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















