Icma.az
close
up
RU
Yunis Hüseynov: Futbolçularımız Ukrayna ilə oyunda daha istəkli idilər

Yunis Hüseynov: Futbolçularımız Ukrayna ilə oyunda daha istəkli idilər

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Əlbəttə ki, xal götürsəydik, daha yaxşı olardı. Amma buna baxmayaraq, futbolçularımız dünənki oyunda daha istəkli idilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduğu matç barədə danışarkən deyib.

Mütəxəssis nəticədən asılı olmayaraq, futbolçuların sona qədər mübarizə apardıqlarını və istək göstərdiklərini bildirib: “Oyunumuzu müdafiə üzərindən qurmuşduq. Əks-hücumlara üstünlük verirdik və bunun da bəhrəsini gördük. 43-cü dəqiqədə rəqibi əks-hücumda yaxalayıb qol vurduq. Həmçinin, 4-cü dəqiqədə də əks-hücum zamanı təhlükəli vəziyyət yaratdıq. Əgər o epizod da qolla nəticələnsəydi, oyun tamam başqa cür ola bilərdi. Əfsuslar olsun ki, məğlub olduq”.

Azərbaycan millisinin sabiq üzvü hesabın oyuna görə olduğunu söyləyib: “Rəqibin də imkanları var idi. Onlar da yaxşı oynadılar. Düşünürəm ki, hesab ədalətli oldu. Amma bir epizodda hakim qırmızı vərəqə də göstərə bilərdi. Epizoda VAR-da baxılsaydı, bəlkə də qərar fərqli olardı. Amma bu, futboldur. Nə olursa-olsun, hər kəs səhv edə bilər. Hakimlər də, oyunçular da. Əsas odur ki, biz qarşıdakı görüşlərə fokuslanaq. Bakıdakı matçlarda komandamıza uğurlar arzulayıram”.

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci pillədə yer alıb. Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see349

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see185

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see177

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see168

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see156

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see150

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see131

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see129

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri