Icma.az
close
up
RU
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası yeni detallar

“Yuska Şamxorski”nin həbsinin pərdəarxası yeni detallar

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Rusiyanın Sankt-Peterburq şəhərində kriminal aləmdə "Yuska Şamxorski" kimi tanınan azərbaycanlı "qanuni oğru" Yusif Əliyevin saxlanılması ilə bağlı yeni və diqqətçəkən detallar üzə çıxıb.

Moderator.az xəbər verir ki, istintaq materiallarından məlum olub ki, 18 ildən çox axtarışda olan Yusif Əliyev uzun illər tamamilə başqa ad altında yaşayıb.

O, Ruslan Radionoviç Vəliyev adına rəsmiləşdirilmiş sənədlərdən istifadə edib və hüquq-mühafizə orqanlarından gizlənməyi bacarıb. Məhz bu fakt onun illərlə necə izsiz qalmasının əsas səbəblərindən biri hesab olunur.

Yusif Əliyevin saxlanılması həm Rusiya, həm də Azərbaycan mediasında geniş rezonans doğurub. Onun həbsi 1990-cı illərin ən səs-küylü kriminal hadisələrinin yenidən gündəmə gəlməsi kimi qiymətləndirilir. Kriminal aləmdə "Şamxorski" ləqəbi Şəmkir rayonunun sovet dövründəki "Şamxor" adından götürülüb. Açıq mənbələrə görə, hazırda 54 yaşı olan Yusif Əliyev uzun illər postsovet məkanında fəaliyyət göstərən azərbaycanlı kriminal qruplaşmalarla əlaqələndirilib.

İstintaq sənədlərinə əsasən, onun barəsində həbs qərarı Azərbaycanda hələ 2004-cü ildə çıxarılıb. Rusiya mediasında isə uzun müddət onun 2008-ci ildən beynəlxalq axtarışda olduğu bildirilirdi. Azərbaycan hüquq-mühafizə orqanlarının ittihamına görə, Yusif Əliyev 1994-1995-ci illərdə fəaliyyət göstərmiş silahlı dəstənin üzvlərindən biri olub.


Məhkəmə materiallarında göstərilir ki, 1994-cü ilin avqustunda silahlı dəstə bir şəxsi qaçıraraq 3 gün girov saxlayıb, ona işgəncə verib və yaxınlarından 182 min ABŞ dolları tələb edib. Digər epizodda isə 1995-ci ilin fevralında daha bir şəxsin oğurlandığı və azad edilməsi üçün 150 min dollar tələb olunduğu iddia edilir.

Yusif Əliyevə qarşı banditizm, adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, soyğunçuluq və qanunsuz silah dövriyyəsi maddələri üzrə ittiham irəli sürülüb.

Rusiya mediasında onun iki və daha çox şəxsin qətlində, o cümlədən polis əməkdaşının öldürülməsində şübhəli bilindiyi barədə məlumatlar yayılsa da, bu iddialar əsasən hüquq-mühafizə orqanlarındakı mənbələrə və kriminal aləm resurslarına istinad edir, rəsmi məhkəmə hökmü ilə təsdiqlənməyib. Mənbələrin məlumatına görə, Yusif Əliyev beynəlxalq axtarışa verildikdən təxminən 6 ay sonra kriminal aləmin ali kastasına qəbul olunub.

İddialara əsasən, həmin mərasimdə Kamçi Koloev, Giya Sverdlovski, Vadik Krasnodarski, Seryoqa Asatryan kimi tanınmış kriminal avtoritetlərlə birlikdə "taclandırılıb". Bu prosesdə postsovet kriminal dünyasının ən məşhur simalarından biri olan "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun da iştirak etdiyi bildirilir.

Bu məlumatlar rəsmi təsdiqini tapmasa da, Yusif Əliyevin kriminal aləmdə yüksək nüfuza malik fiqur hesab edildiyini göstərən iddialar sırasında yer alır.

2009-cu ilin martında Moskvanın "Podsolnux" restoranında keçirilən kriminal toplantıya polis basqın etmiş, Yusif Əliyev də daxil olmaqla bir neçə azərbaycanlı və gürcü kriminal avtoritet saxlanılmışdı.


Onlar hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu işləri ilə əlaqələndirilirdilər. Lakin Yusif Əliyev qısa müddət sonra sərbəst buraxılmış, daha sonra isə izini itirmişdi. İllər boyu onun müxtəlif ölkələrdə saxta sənədlərlə yaşadığı və gizli himayədarlardan istifadə etdiyi barədə iddialar səslənsə də, bu barədə rəsmi təsdiq olmayıb. İndi isə məlum olur ki, o, həqiqətən də Ruslan Radionoviç Vəliyev adına sənədlərlə yaşayaraq hüquq-mühafizə orqanlarından yayınmağa nail olub. Sankt-Peterburq məhkəməsinin materiallarına əsasən, saxlanıldığı zaman Yusif Əliyevin Rusiyada daimi qeydiyyatı, rəsmi iş yeri və qanuni yaşayış statusu olmayıb. O, nə Rusiya vətəndaşlığı alıb, nə də qaçqın və ya siyasi sığınacaq üçün müraciət edib.

Rusiya qanunvericiliyinə görə, 2019-cu ildən etibarən cinayətkar iyerarxiyasında ali mövqe tutmaq ayrıca cinayət hesab olunur və buna görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məhz buna görə Yusif Əliyevə həmin maddə ilə də ittiham verilməsi gözlənilir. Bu isə o deməkdir ki, ekstradisiya baş tutmasa belə, o, əvvəlcə Rusiyada mühakimə oluna bilər. Hazırda Sankt-Peterburqun Vasileostrovski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Azərbaycanın ekstradisiya sorğusu və 1990-cı illərə aid cinayət işləri üzrə materiallar araşdırılır. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 İyul 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri