Icma.az
close
up
RU
“Yuve” “Real”a bir hissə müqavimət göstərə bildi

“Yuve” “Real”a bir hissə müqavimət göstərə bildi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Klublararası dünya çempionatında (KDÇ) 1/8 final mərhələsi də arxada qaldı.

Beləliklə, 1/4 finalda bu cütlər qarşılaşacaq: “Fluminense” – “Əl-Hilal”, “Palmeyras” – “Çelsi”, PSJ – “Bavariya”, “Real” – “Borussiya” (D). Ümumiyyətlə, bu mərhələyə Avropanın 5, Braziliyanın 2, Səudiyyə Ərəbistanının 1 təmsilçisi adlayıb.
Xabi Alonso hələ ki “Real”ı oynatmaq istədiyi futbolla bağlı eksperimentləri davam etdirir. Bask mütəxəssus “Yuventus”la oyuna da üç mərkəz müdafiəçisi ilə başladı, ancaq bu addım ilk yarıda qətiyyən özünü doğrultmadı. Üstəlik müdafiədəki qarışıqlıq turinlilərin erkən qoluna səbəb ola bilərdi.
Sadəcə, Kolo Muani təkbətək zamanı “paraşüt” zərbəni azca qapının üstündən vurdu, Kənan Yıldıza isə topun səkməsi mane oldu. Sonradan bəlli oldu ki, bu iki zərbə və Konseysaonun penalti nöqtəsinin üzərindən düz Kurtuanın üzərinə gedən zərbəsi “Yuve” üçün nadir qürur mənbəyi olacaq. İlk yarının son 15 dəqiqəsində “ağ şimşəklər” canlandı, iki təhlükəli vəziyyət yaratdı, ancaq Bellingemlə Valverdenin zərbələrini Di Qreqorio qaytardı.
Fasilədən sonra oyunun axarı dəyişdi: “Real” tempi artırdı ki, “qoca sinyora” açıq-aşkar buna hazır deyildi. 9 dəqiqəlik sıx mühasirə “Yuve”nin qapıçısının daha iki seyvi və nəhayət, Qonsalo Qarsiyanın məntiqi qolu ilə müşayiət olundu. Bu qol zamanı ona ağ futbolda məhsuldar hərəkətlərin hesabını açan Aleksander-Arnold yardım etdi. Qoldan sonra da meydanda yalnız bir komanda var idi. “Real” fərqi darmadağın həddinə çatdıra bilərdi, ancaq De Qreqorio bütün zərbələrin öhdəsindən gəldi, elə “Yuve”nin müdafiəçiləri də fədakarcasına mübarizə apardı.
Tudorun əvəzetmələri oyunun axarına heç bir təsir göstərmədi, yerli azarkeşlər isə turnirdə ilk dəfə Mbappeni iş başında gördü (düzdü, fransalı ulduz heç nə ilə yadda qalmadı). “Real” təhlükəli vəziyyətlərdən yararlanma faizini yaxşılaşdırmasa, qarşıdakı oyunlarda problemlə üzləşə bilər. 1/8 finalda mübarizəni dayandıran “Yuventus” isə 2025-i titulsuz bitirəcək.
Xatırladaq ki, Turin nəhəngi bu il A seriyasında 4-cü yeri tutub, İtaliya kubokunun 1/4 finalında uduzub, ÇL-də pley-offda PSV-yə uduzub, İtaliya Superkubokunda yarımfinalda dayanıb. Ümumiyyətlə, “qoca sinyora” son dörd mövsümdə yalnız ölkə kubokunu qazana bilib (2023/24).
1/8 final
Real – Yuventus 1:0 (0:0)

Real (Madrid, İspaniya): Kurtua, Höysen, Çuameni, Rüdiger, F.Qarsiya, Gülər (Modriç, 78), Valverde (Sebalyos, 90), Aleksander-Arnold, Q.Qarsiya (Mbeppe, 68), Cud Bellingem.
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kelli (Kostiç, 59), Ruqani (Qatti, 86), Kalulu, Kambiaso, K.Türam, Lokatelli (Makkenni, 86), Kosta, Yıldız (Koopmeyners, 71), Kolo Muani, Konseysao (Qonsales, 59).
Qol: Q.Qarsiya, 54.
Vərəqə: Cud Bellingem, 87 - sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
1 iyul. Mayami. 62149 tamaşaçı.
Oyundan sonra
Xabi Alonso, “Real”ın baş məşqçisi:

“Gerçəkdən nəticəyə, 1/4 finala vəsiqəyə, çıxışımıza heyranlıq duyuram. Düşünürəm ki, ilk 15 dəqiqənin ardından vəziyyətə yaxşı nəzarət etməyə başladıq, əziyyət çəkməli olduq, ancaq biz peşəkarıq, yaxşı oynadıq. Oyundan-oyuna “artırırıq”. Bu gün oyunun gedişində “artırdıq”, boş zonaları harda axtarmalı olduğumuzu anladıq, bunun da oyunumuza faydası dəydi. Döyüşməyi bacarmaq lazımdı, bu isə “Real”ın DNT-sində var. Dişləri sıxmaq, tələb olunanı etmək...”


İqor Tudor, “Yuventus”un baş məşqçisi:

“Uşaqları təbrik etmək istəyirəm, onlar oyun planına əməl etdilər. Səviyyəsinə yaxşı bələd olduğumuz komanda ilə oyun üçün müəyyən strategiyamız var idi. Uşaqlar bütün gücünü meydanda qoydu, sona yaxın onu əvəzlənməsini istəyirdi. Yaxşıca dincəlmək və işə davam etmək lazımdı. Bu oyuna əvvəlki kimi hazırlaşmadıq. O oyunun heç bir əhəmiyyəti yox idi, bunun isə var idi. Odu ki, fərqli hazırlaşmışdıq. “Real”ın nə qədər güclü olduğunu bilirdik, ancaq dəfələrlə təhlükəli vəziyyət yaratdıq. Bizə çətin idi, bunu normal qarşılamaq lazımdı”.


Fakt
78-ci dəqiqədə mübarizəyə qoşulan Modriç karyerasında 1112-ci oyuna çıxdı. Bu göstəricidə braziliyalı Roberto Karlosu (1111 oyun) geridə qoyan xorvatiyalı ulduz dünyada oyun sayına görə 10-cu yerə yüksəldi.
Peşəkar karyerasında ən çox oyun keçirən 10 futbolçu:
1364 – Peter Şilton (İngiltərə)
1361 – Fabio Lopes (Braziliya)
1281 – Kriştiano Ronaldo (Portuqaliya)
1233 – Rojerio Seni (Braziliya)
1177 – Tommi Hatçison (Şotlandiya)
1151 – Canluici Buffon (İtaliya)
1137 – Pol Bestok (İngiltərə)
1132 – Yasuhito Endo (Yaponiya)
1113 – Marselinyo Paraiba (Braziliya)
1112 – Luka Modriç (Xorvatiya)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri