“Yuventus” bu mövsüm meydana çıxmayan futbolçusu ilə müqaviləni yeniləyib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 aprel, AZƏRTAC
İtaliyanın “Yuventus” komandası futbolçusu Arkadiuş Miliklə müqaviləni yeniləyib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayan polşalı hücumçu ilə 2026-cı ildə başa çatacaq sözləşmənin müddətini daha bir il uzadıb.
Polşa millisinin üzvü zədəyə görə “qoca sinyora”nın heyətində 2022-2023-cü illərdə 15, 2023-2024-ci illər mövsümündə isə 7 matçda oynayıb.
2024-cü ilin yayında dizindən aldığı zədə səbəbindən 208 gün yaşıl meydanlardan uzaq qalan A.Milik daha sonra baldır və əzələ probleminə görə bu mövsüm meydanda olmayıb.
Qeyd edək ki, forvard “Yuventus”a Fransanın “Marsel” klubundan 8 milyon avro təzminat qarşılığında keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















