“Yuventus”a italyan baş məşqçinin gətiriləcəyi bildirilir
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səkkiz oyundur qələbə qazana bilməyən “Yuventus” klubu baş məşqçi İqor Tudorun, o cümlədən köməkçi heyətin - İvan Yavorçiç, Tomislav Rogiç və Rikkardo Ranyaççi ilə birlikdə vəzifədən uzaqlaşdırıldığını rəsmən açıqlayıb.
İdman.Biz xəbər verir ki, komanda müvəqqəti olaraq B komandasının baş məşqçisi olan Massimiliano Brambillaya tapşırılıb. 52 yaşlı mütəxəssis çərşənbə axşamı keçiriləcək “Yuventus” - “Udineze” oyununda ehtiyat skamyasında yer alacaq.
Digər tərəfdən, Tudorun gedişindən sonra “Yuventus”da baş məşqçi postu üçün ilk namizəd kimi Luçano Spallettinin adı gündəmə gəlib. 66 yaşlı mütəxəssis son olaraq İtaliya milli komandasını çalışdırıb və ötən ilin iyun ayında bu vəzifədən ayrılıb.
Xatırladaq ki, İqor Tudor cari ilin mart ayında “Yuventus”un baş məşqçisi təyin olunmuşdu.
Baxış sayı:43
Bu xəbər 27 Oktyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















