Icma.az
close
up
RU
“Yuventus”lular üçün sanksiyalar dosyesi

“Yuventus”lular üçün sanksiyalar dosyesi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İtaliya çempionatının 25-ci turunun “İnter” – “Yuventus” matçı ətrafında həyəcan hələ də səngiməyib. Milanlıların 3:2 hesabıyla qalib gəldikləri oyunda və prinsipial dueldən sonra baş verən hadisələrlə bağlı ölçü götürülüb.

"Football-plus.az" xəbər verir ki, “Yuventus”un baş direktoru Damien Komolli A Seriyasının Nizam- İntizam Komitəsinin (NİK) qərarı ilə martın 31-nə qədər futbol fəaliyyətindən kənarlaşdırılıb. “Reuters” agentliyinin yaydığı xəbərə görə, Turin klubun rəsmisi şənbə günü “İnter”lə keçirilən gərgin oyunda hakimə qarşı nümayiş etdirdiyi davranışlara görə cəzalandırılıb. İntizam Komitəsinin qərarına əsasən, Komolli fasilə zamanı tuneldə matçın hakimi Federiko La Pennaya hədə-qorxu gələn münasibət göstərib. Hətta onun referiyə qarşı fiziki təzyiq göstərmək cəhdinin qarşısı klubun əməkdaşları tərəfindən alınıb.
Qeyd edək ki, Komolli diskvalifikasiya ilə yanaşı, 15 min avro məbləğində cərimə də ödəməli olacaq.
“Yuventus”un digər rəsmisi Corco Kyellini isə fevralın 27-nə qədər diskvalifikasiya edilib. O, hakimlər briqadasına qarşı hörmətsiz etirazlar və təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib.
Qeyd edək ki, gərginliyə səbəb müdafiəçi Pyer Kalulunun mübahisəli şəkildə meydandan qovulması olub. Alessandro Bastoni ilə mübarizədə rəqibin formasını azacıq da olsa dartdığı əsası ilə ikinci sarı vərəqəni alan Kalulu komandasını meydanda azlıqda qoyub. Lakin təkrar görüntülər zamanı futbolçular arasında heç bir təmasın olmadığı üzə çıxıb.
Xatırladaq ki, A Seriyasının Hakimlər Komitəsinin sədri Canluka Rokki qərarın səhv olduğunu etiraf edərək üzr istəyib. O, VAR sisteminin ikinci sarı vərəqə ilə bağlı epizodlara müdaxilə edə bilməməsindən təəssüfləndiyini bildirib.
Hakimlər Komitəsi hakimin səhvini etiraf etsə də, Kalulunun cəzası qüvvədə qalıb. Rokki həmin epizodda La Pennanın səhv qərarına görə rəsmən üzr istəsə də, reqlamentə uyğun olaraq hakimin qərarı protokolda qeyd edildiyi üçün ləğv olunmayıb və oyunçuya biroyunluq cəza tətbiq olunub.
“Yuventus”un müdafiəçisi fevralın 21-də “Komo” ilə keçiriləcək çempionat matçında komandasına kömək edə bilməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri