Yuventus Levandovski üçün hərəhətə keçdi
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yuventus" "Barselona"nın hücumçusu Robert Levandovski ilə maraqlanır.
Sportal.az xəbər verir ki, İtaliya klubu futbolçunun ətrafı ilə onun mümkün transferi ilə bağlı artıq ilkin danışıqlar aparıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Hazırda “qoca sinyora” polşalı forvardın potensialını daha dərindən qiymətləndirmək istəyir. Klub yekun qərar verməzdən əvvəl onun fiziki durumunu, oyun göstəricilərini və motivasiyasını diqqətlə analiz etməyi planlaşdırır. Turinlilər 37 yaşlı oyunçunu qısamüddətli perspektivdə hücum xəttini gücləndirə biləcək təcrübəli lider kimi görürlər.
Robert Lewandowski 2022-ci ildə "Bavariya"dan "Barselona"ya 45 milyon avro qarşılığında transfer olunub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi bu ilin 30 iyun tarixinə kimi qüvvədədir. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Mart 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















