“Yuventus”un əfsanəsi geri dönür
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliya Futbol Federasiyası (FIGC) Roberto Mançininin baş məşqçi postuna qayıtmasından sonra milli komandanın yenilənmiş məşqçilər heyətinin tam heyətini rəsmən açıqlayıb. Qərarda ən diqqətçəkən məqam “Yuventus”un keçmiş müdafiəçisi Leonardo Bonuççinin korpusa daxil edilməsidir.
Futbolpress.az xəbər verir ki, komandanın meneceri vəzifəsinə DÇ-1982-nin qalibi Qabriele Oriali gətirilib. O, daha əvvəl “İnter”də və milli komandada Mançini ilə, həmçinin Antonio Kontenin heyətində çalışıb. Baş məşqçinin əsas köməkçisi postunu isə 2019-cu ildən yığmalar sistemində yer alan Alberto Bollini qoruyub saxlayıb.
Bonuççi ilə yanaşı, məşqçilər korpusunda Antonio Qalyardi və sabiq hücumçu Massimo Makkarone yer alıblar. Qapıçıların hazırlığı Marko Rokkati və onun köməkçisi Kristiano Lupatelliyə tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Avqust 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















